“Kral” klubunun yay məktəbinə qeydiyyat başladıbackend

“Kral” klubunun yay məktəbinə qeydiyyat başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Real Madrid Futbol Klubunun Real Madrid Fondunun “Kliniks” Məşq Proqramı əsasında Azərbaycanda məşqçilər və uşaqlar üçün Yay Məktəbi təşkil ediləcəkdir. Yay Məktəbində Məşqlər Real Madrid Klubunun təlim və məşq metodları əsasında keçiriləcəkdir. Yay Məktəbinin əsas məqsədi məşqçilərin və uşaqların bacarıqlarının artırılmasına dəstək göstərmək və onlarla Real Madrid Klubu arasında əməkdaşlıq imkanlarını gücləndirməkdir. Yay Məktəbində aşağıdakı mövzular üzrə müzakirələr və praktik fəaliyyətlər həyata keçiriləcəkdir:

• Texnika və taktika üzrə fərdi və qrup məşqləri;
• Komandanın texniki məşqlərinin müzakirəsi;
• Fərdi qiymətləndirmə;
• Uşağın inkişafında ailənin və məktəbin rolu;
• Özünəinam və pisxoloji qiymətləndirmə;
• Oyunlar qabağı motivasiya;
• Çətin vəziyyətdə qərar qəbul etmə;
• Oyunlar zamanı hakimlərlə davranış;
• Futbolçuların gündəlik qida rejimi;
• Təhsil və futbolun qarşılıqlı əlaqəsi və vacibliyi;
• Futbolçularla bağlanan müqavilələr və futbol menecerləri ilə münasibət;
• Tanınmış futbolçularla görüşlər və onların təcrübəsini dinləmək.
• Azərbaycan klublarının Çempionlar Liqası və Avropa Liqası oyunlarını canlı izləmək və müzakirələr.

Yay Məktəbini uğurla bitirənlərə Real Madrid adından Diplomlar təqdim ediləcək və Real Madrid Klubunun İspaniyadan Azərbaycana səfər edəcək məşqçilərinin Elit Məşqlərində iştirak imkanı əldə edəcəkdir.

Yay Məktəbinə müraciət etmək istəyənlər 050-480-22-31 və 070-480-22-31 saylı telefonlara müraciət edərək qeydiyyata düşə bilərlər. Yay Məktəbinə 2005, 2006, 2007 və 2008-ci il doğumlu uşaqlar müraciət edə bilər. Yay Məktəbi 10 gün müddətində davam edəcəkdir. Yay Məktəbi müddətində iştirakçılar Real Madridin müxtəlif yaş qruplarının oyunlarını seyr edəcək və müzakirə edəcəklər.