Beynəlxalq anti-dopinq təşkilatı Azərbaycanın yaxasından yapışdıbackend

Beynəlxalq anti-dopinq təşkilatı Azərbaycanın yaxasından yapışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Agentlik Azərbaycanı ölkə idmanında dopinq yoxlanışları proqramına malik olmamaqda günahlandırıb.
Inside the Games saytı yazır ki, Azərbaycan üzrə aparılmış antidopinq araşdırması zamanı ölkənin Avarçəkmə və Kanoy Federasiyası 2015-ci ildə cəmi iki dopinq analizi keçirdiyi məlum olub.

Bildirilir ki, Beynəlxalq Avarçəkmə Federasiyasının (International Rowing Federation- FISA) bu barədə sorğusuna cavab verərkən idman rəsmiləri bildiriblər ki, Bakıda keçirilmiş Avropa Oyunlarına çəkilən xərclər dopinq analizləri üçün vəsait qoymayıb.

Bu da xəbər verilir ki, WADA və Azərbaycan Milli Antidopinq Təşkilatı arasında görüş gələn həftə keçirilməlidir.\”WADA böyük idman ambisiyalarına malik Azərbaycanda antidopinq proqramının inkişaf etdirilməsi sahəsindəki lənglikdən əhəmiyyətli narahatlıq keçirir” – təşkilatın sözçüsü Ben Nikols bildirib.

Sözçü deyib ki, Azərbaycanın bu sahədə gördüyü işlərin hesabatına gələn həftə keçiriləcək görüşdə bir də baxacaq.

FISA-nın fevral ayında apardığı sorğu zamanı milli federasiyalardan yarış və qeyri-yarışlar zamanı nə qədər qan və sidik analizlərinin götürüldüyü xəbər alınıb.Bu zaman bəlli olub ki, cəmi bir analiz keçirilib və onun da avarçəkmə və ya kanoya aid olub-olmadığı müəyyənləşməyib.

WADA bildirib ki, bu barədə heç bir aydınlaşdırıcı məlumat verilməyib və Azərbaycanın idman rəsmiləri Avropa Oyunlarının xərclərinə görə dopinq testlərə pul qalmadğını deyiblər.Sayt yazır ki, Azərbaycan tərəfinin göndərdiyi email-də ölkənin Oyunların bütün xərclərini özünün çəkdiyi və bu xərclərin böyük olduğu əsas gətirilib. \”Bunun nəticəsində bizə idmançıların xeyli baha başa gələn dopinq testlərini keçirmək üçün vəsait verilməyib” –məktubda deyilir.

Məqalədə deyilir ki, Dünya Antidopinq Məcəlləsinə görə milli federasiyalar antidopinq təşkilatı sayılmırlar, buna baxmayaraq testlərin cüzi sayda olması daha geniş problemlərdən xəbər verir.Sayt yazır ki, Bakı bu narahatlıqlarla bağlı addımlar atmazsa, 2016-cı il Rio Olimpiadasından sonra keçiriləcək WADA şurasında Azərbaycanın öhdəlikləri yerinə yetirmədiyi qeyd olunacaq.

Hazırda Rusiya və Keniya test proqramları üzrə məhz belə qiymət alıblar.Məqalədə deyilir ki, neftlə zəngin Azərbaycan idmandan və böyük tədbirlərə ev sahibliyi etməkdən özünün qlobal reklamı üçün istifadə edir.

Bu da qeyd olunur ki, ölkə 2012-ci ilin London Olimpiadasında özünün ən yaxşı nəticələrini göstərərək iki qızıl, iki gümüş və 6 bürünc medal qazanıb.Bakıda keçirilən Avropa oyunlarında Azərbaycan medalların sayına görə yalnız Rusiyadan geridə qalıb.

Sayt yazır ki, Azərbaycan parlamentinin Gənclər və İdman Komitəsinə dopinq vasitə və metodlarından istifadə ilə mübarizə haqqında qanun layihəsinin hazırlanması tapşırılıb.

Bu da xatırladılır ki, Azərbaycan, xüsusilə də ölkədə güclü və populyar olan ağırlıqqaldırma idmanı sahəsinə çoxsaylı dopinq pozuntuları ilə üzləşib.2013-cü ildə Azərbaycanın 18 ağırılıq qaldıranı anabolik steroid testindən keçə bilməyib. Onların arasında 2012-ci il Olimpiadasının bürünc medalçısı Valentin Xristov da olub. 2015-ci ildə daha 6 belə hal qeydə alınıb.

Bütün bunlara görə Azərbaycan Rio 2016 Olimpiadasında iki kvota yerindən məhrum edilib.

Məqalədə deyilir ki, hazırkı dünya çempionu Boyanka Kostova da Xristov və başqaları kimi 2012-ci il London Olimpiadası nümunələrinin təkrar analizindən keçə bilməyib.Turxan Qurbanov ötən il keçirilən Avropa çempionatlarında dopinq testindən imtina etdiyinə görə mart ayında dördillik qadağanla cəzalandırılıb.

Azərbaycanın Efiopiya əsilli qaçışçısı Chaltu Beji qadağan olunmuş maddə qəbuluna görə 2015-ci ildə keçirilmiş Bakı Oyunlarından çıxarılıb. (virtualaz.org)

İnterpress.az