Tayson Kliçko ilə döyüşdən çəkildibackend

Tayson Kliçko ilə döyüşdən çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə Tayson Fyuri ilə Vladimir Kliçko arasında revanş döyüşü olmayacaq. Məlumata görə, iyulun 9-da İngiltərədəki qapalı \”Mançester Arena\”da keçirilməli olan görüş təxirə salınıb.

Buna səbəb Fyurinin zədələnməsidir. O, İngiltərədə məşq zamanı ayaq biləyindən zədə alıb. Bu səbəbdən Fyuri döyüşdən çəkildiyini, revanşın başqa bir tarixdə baş tutacağını bildirib. İlk döyüşdə qalib gələn döyüşçü 6-7 həftə rinqdən uzaq qalacaq.

Tayson Kliçko ilə döyüşdən çəkildi

2015-ci ilin noyabrında Almaniyada keçirilmiş 12 raundluq qarşılaşmada Tayson Fyuri Vladimir Kliçkonu hakimlərin yekdil qərarı ilə xal hesabında məğlub edərək Beynəlxalq Boks İBF, WBO və WBA versiyalarında dünya çempionu tituluna yiyələnib.

Kliçko ilə döyüşdən əvvəl Fyuri maraqlı açıqlaması ilə yadda qalıb. O, Vladimir Kliçkodan başqa ABŞ prezidenti Barak Obama ilə də rinqə çıxmaq arzusunda olduğunu bəyan edib. \”Mən Vladimir Kliçkoyla arzu etdiyim döyüşə çıxacam. Ondan başqa kiminlə? ABŞ prezidenti Barak Obamayla. Mən onunla çılpaq yumruqlarla qaraçı döyüşü təşkil etmək istəyərdim\”, – deyə Fyuri bildirib. (ans)

İnterpress.az