Azərbaycan gimnastı Bakıda Dünya Kubokunun finalına çıxdıbackend

Azərbaycan gimnastı Bakıda Dünya Kubokunun finalına çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

M.Durunda təsnifatda 18,450 bal toplayaraq beşinci yeri tutub. Halqa ilə hərəkətlərdə isə 16,550 bal toplayıb.

Digər azərbaycanlı gimnast Jalə Piriyeva isə topla hərəkətlərdə 17,200 bal toplayaraq 13-cü yeri tutub, halqa ilə hərəkətlərdə isə hakimkərdən 17,550 bal alıb ki, bu da ona finalçıların ehtiyat qrupuna düşməyə imkan verib.

Bununla da iki alətlə çıxışın yekunu üzrə M.Durunda çoxnövçülükdə 10-cu yerdədir, J.Piriyeva isə amerikalı gimnast Kamilla Fili ilə 11-12-ci yerləri bölüşür.

Çoxnövçülükdə rusiyalı gimnastlar Marqarita Mamun (38,400 bal), Yana Kudryavtsova (38,300 bal) və Aleksandra Soldatova (37,950 bal) liderlik edirlər.

Sonrakı yerləri Fransa, İtaliya, İsrail, Bolqarıstan və Finlandiya gimnastları tuturlar.

Gimnastlar sabah gürz və lentlə hərəkətlərdə mübarizə aparacaqlar. Həmin yarışların yekunları üzrə çoxnövçülükdə mükafatçılar müəyyənləşəcək.

İnterpress.az