Ronaldo ötən mövsümü dəyərləndiribbackend

Ronaldo ötən mövsümü dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az saytı xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ötən mövsümün karyerasının ən yaxşı mövsümü olduğunu bildirib: \”Qazanılan titullar baxımından ötən mövsüm karyeramın ən yaxşı mövsümü oldu. Mən həm klub, həm də yığma komanda ilə önəmli turnirlərin qalibi adını qazandım. \”Qızıl top\”a gəlincə artıq 3 dəfə bu mükafata sahib çıxmışam. Ancaq heç vaxt bu mükafata məqsədyönlü yanaşmamışam. \”Qızıl top\”a əhəmiyyət vermirəm. Bununla belə, iki böyük turnirin qalibi olduğum üçün yenidən \”Qızıl top\”u qazanmaq şansım yüksəkdir\”.

Qeyd edək ki, ötən mövsüm \”Real\”ın heyətində Çempionlar Liqasının qalibi olan Ronaldo \”Avro-2016\”da Portuqaliya yığması ilə Avropa çempionu adını qazanıb.