Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


İdman   Dünya  

Bakıda avtobusun əzdiyi avstriyalı üzgüçü kompensasiya gözləyir

Ötən il Bakıda Avropa Oyunlarının açılışına bir gün qalmış Olimpiya şəhərciyinin ərazisində avtobusun vurub əzdiyi avstriyalı sinxron üzgücü Vanessa Sahinoviçin ailəsi hələ də kompensasiya ala bilmədiklərindən şikayətlənir.

Dərc edilib: 25 iyul 2016 [09:12]
Baxış sayı: 1876

Bu haqda Avstriyanın “Der Standard” qəzeti yazır.

Bakıda həmin qəzaya görə məsuliyyət daşıyanların məhkəmə prosesinin təcəzə yekunlaşdığı bir vaxtda avstriyalı sinxron üzgücü Vyananın Pfortshaym klinikasında əlil arabasında reablitasiya kursunu davam etdirir.

Onun aşağı ətrafları iflic olub və hərəkət qabiliyyətini itirib. Ailəsi deyir ki, qızlarının bu vəziyyətə salınmasına görə kompensasiya hələ də ala bilməyiblər və iş məhkəmə baxışı mərhələsindədir.

16 yaşlı Vanessa Sahinoviç son bir ildə Avstriyanın kurort bölgələrində reablitasiya kursu keçib. Lakin onun hərəkət etmək qabiliyyəti bərpa olunmyıb. Reablitasiya kurslarında Vanessanı anas Azra müşaiyət edib, dörd yaş kiçik qardaşı Benyamin isə atası Safetlə birlikdə evdə qalıb. Azra və Safet Bosniyadandır. Vanessanın anası satıcı, atası çilingər işləyir. Ailənin mənzili ikinci mərtəbədə yerləşir və anası deyir ki, bu, qızlarına əlil arabasında mənzilə qalxıb-düşməkdə əlavə çətinlik yaradır. Azra deyir ki, Vanessa payızda əlil arabasında məktəbə gedib-gələcək, orada üzgücü rəfiqələri ilə ünsiyyətdə olacaq.

Xatırladaq ki, qəzadan sonra Azərbaycan hökuməti avstriyalı idmançının müalicəsi üçün bütün tədbirləri görüb. Prezident İlham Əliyev idmançını Vyanaya çatdırmaq üçün öz təyyarəsini ayırıb, onun müalicə xərcləri təmin olunub. Lakin idmançının ailəsi qəzaya görə kompensasiya və reablitasiya xərclərinin ödənilməsini də istəyir. Ailənin vəkili qəzanı törədən sürücünün işlədiyi şirkətə qarşı iddia qaldırıb.(virtualaz.org)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 190