İdmançılar oyunlara təntənəli şəkildə yola salınacaqbackend

İdmançılar oyunlara təntənəli şəkildə yola salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, idmançılar oyunlara təntənəli şəkildə yola salınacaq: \”Dindarlar idmançılara xeyir-dua verəcək. Musiqi və rəqslər də olacaq. İdmançıların gediş-gəliş vaxtını idman federasiyalarının xahişini nəzərə alaraq müəyyən etmişik. Kim tez qayıtmaq istəyirsə, tez qayıdacaq. Məsələn, cüdoçular yarışlarını tez bitirirlər və onlar tez qayıtmaq istəyirlər. Amma olimpiya kəndində qalma kvotası da var. Onların 50 faizi yerini dəyişməlidir. Bu da təşkilatçıların imkanları ilə bağlıdır. Azərbaycanda keçirilən Avropa Oyunlarında idmançıların sonadək qalma imkanı var idi\”.

İnterpress.az