Sabiq prezident rüşvət aldığını etiraf etdibackend

Sabiq prezident rüşvət aldığını etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Associated Press”xəbər verir ki, 62 yaşlı B.Himenes futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.

Yanvarın 12-də saxlanılan B.Himenes mart ayında ABŞ-a ekstradisiya edilib. Onu hər maddəyə görə 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş vermiş, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib. (apa)

İnterpress.az