İraqlı siyasətçilər Mosul haqqında nə düşünür?- ŞƏRHbackend

İraqlı siyasətçilər Mosul haqqında nə düşünür?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, İraq höküməti Türkiyənin Mosulda fəaliyyət göstərməsinə etiraz edir və buna görə iki ölkə arasında müəyyən gərginlik yaranıb. Bəs İraqda fərqli kəsimlərdən olan siyasətçilər bu haqda nə deyirlər? “BBC” şiə, sünni, kürd və türkmən siyasətçilərinə bu barədə suallar yönəldib.
İnterpress.az təqdim edir:

“Türk əsgəri savaş meydanında görülərsə, hədəfə alınacaq”

Şiə millət vəkili, hökümətin keçmiş beynəlxalq təhlükəsizlik sahəsində məsləhətçisi Muvaffak Əl Rubai, İraqda mərkəzi hakimiyyətin Türkiyədən Mosul əməliyyatlarına qatılmasını istəmədiyini və buna görə də Ankaranı əməliyyatlarda iştirak etmək üçün dəvət etmədiyini söyləyib. O qey edib: “Bu, İraq suverenliyinə qəsddir”
Rubai həmçinin əlavə edib ki, Türkiyə ilə düşmən olmaq istəmirlər, lakin savaş meydanında türk əsgərinə rast gəlinsə, düşmən kimi rəftar ediləcək.
“Türkiyə İraqın daxili işlərinə qarışır, çünki öz içində problemləri var və bu problemləri xaricə ixrac etmək istəyir. Hökümətin içində yeni “Osmanlı arzusu” var və Türkiyə sərhədlərindən kənara yayılmaq istəyirlər. Bu qəbul edilməzdir”.

İraqlı siyasətçilər Mosul haqqında nə düşünür?- ŞƏRH

“Ankardan kömək istəməmişik”

İraq Regional Kürd Hökümətinin mətbuat katibi Safin Dizayi, Peşmege güclərinin Türkiyədən kömək istəmədiyini söyləyib. Keçmişdə bu sahədə yardım istəmələrinə baxmayaraq, indi belə bir tələblərinin olmadığını vurğulayan Dizayi qeyd edib: “Türkiyə regionun regionun təhlükəsizliyinə və sabitliyinə kömək ola bilər, lakin bu qarşılıqlı razılaşmalarla olmalıdır. İraqın suverenliyinə hörmət edilməli və hər iki tərəfin maraqları nəzərə alınmalıdır”.

İraqlı siyasətçilər Mosul haqqında nə düşünür?- ŞƏRH

“Kommunikasiya olmazsa əməliyyat daha qarışıq hala düşəcək”

İrakın sünni millət vəkili, sabiq baş nazir müavini Saleh Əl Mutlak, Türkiyənin Bağdat ilə təmasda olmasının vacib olduğunu düşünür. O söyləyib: “Bununla belə Türkiyənin İraqdakı vəziyyətlə bağlı narahatlığnı başa düşürük”. O da Rezayi kimi Ankara və Bağdat arasındakı gərginliyin diplomatik yollarla aradan qaldırılmasının tərəfdarıdır: “Türkiyə Mosul əməliyyarında yer alacaqsa, bu iki ölkənin razılığı ilə olmalıdır, bir ölkənin digərini məcbur etməsi ilə yox”

İraqlı siyasətçilər Mosul haqqında nə düşünür?- ŞƏRH

Türkmənlər: “Türkiyəni koalisiya içində görmək istəyirik”

İraq Türkmən Cəbhəsinin sədr köməkçisi Həsən Turan bildirib ki, İraq türkmənləri Türkiyənin Mosul əməliyyatlarında koalisiya içində aktiv iştirak etməsini istəyirik.
“Nə İraq Türkiyədən əl çəkə bilər, nə də Türkiyə İraqdan” deyən Turan, Türkiyənin Şimali İraqda PKK-nın varlığına görə həssas olduğuna da diqqət çəkib. Həsən Turan Bağdat və Ankara arasındakı problemlərin həllinin məhz ABŞ-ın üzərinə düşdüyünü qeyd edib.

İraqlı siyasətçilər Mosul haqqında nə düşünür?- ŞƏRH

Aytək Yusifsoy
İnterpress.az