Bank təqaüdçülərin pensiyalarını necə oğurlayır? – İZAHbackend

Bank təqaüdçülərin pensiyalarını necə oğurlayır? – İZAH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzu ilə bağlı İnterpress.az-a danışan iqitisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu bankın bankomatlarında nağdlaşdırma həcmi həmişə yüksək olub.

Niyə problem məhz manatın günbəgün davam edən devalvasiyası dövrünə təsadüf etdi? Bəlkə kimsə pensiya və əmək haqların ödənilməsini gecikdirərək bir neçə gün ərzində valyuta əməliyyatlarından külli miqdarda qazanc əldə etdi? sullarına cavab olaraq Ə. Həsənov bildirir ki, pensiyaların ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan banka pul daxil olub, amma bank pulu pensiyaçıların kartına otuzdurmağa tələsmir və həmin pulu dollara çevirir bir neçə gün davam edən devalvasiyadan (noyabrın 8 günü ərzində dolların təkcə rəsmi məzənnəsi 1,6381-dən 1,6686-ya çatıb, bazar məzənnəsinə heç toxunmuram) sonra isə yeni məzənnə ilə manata çevirib kartlara otuzdurur:

\”Fərqi isə kimlərsə cibinə qoyur. Banklardan hər şey gözləmək olar artıq. Bəs Dövlət Sosial Müdafiə Fondu və Beynəlxalq Bankı pensiya və əmək haqqının ödənilməsi üçün seçmiş digər qurumlar hara baxır? Bəlkə onlar da əlbirdir? Axı ən azı bankın keyfiyyətsiz xidmət göstərməsinə etiraz etməli idilər? Niyə susurlar?Hər bir halda hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələləri ciddi araşdırmalıdır. Deyəsən, Cahangir Hacıyevin iş metodları bu bankın canından hələ tam çıxmayıb.”..

P.S. Yeri gəlmişkən, məlumat var ki, hələ də bu bankın bəzi bankomatlarında pul yoxdur…

Gülşanə Mustafayeva
İnterpress.az