Azərbaycan özünü yeni müharibəyə hazırlayırbackend

Azərbaycan özünü yeni müharibəyə hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-Rusiya münasibətlərini böhrana salmış “Su 24\” insidentindən bu gün bir il ötür. İnsident iki regional superdövlətin qarşılıqlı əlaqələrində təxminən 8 ay kritik vəziyyət yaratsa da, – kritik vəziyyətin qoyduğu neqativ izlər hələ tam silinməyib – yaxşı ki, yekun etibarilə barışla bitdi. Çünki Ankara və Moskvanın bir-birinə ehtiyacı var idi. Bu qarşılıqlı ehtiyac yenə yerində qalır və regiondakı dramatik proseslərlə bağlı hələ bir az da artmış kimidir.

Rusiya-Türkiyə barışığında təbii ki, ən çox maraqlı olan ölkələrdən biri Azərbaycan idi. Çünki söhbət bizim 1 nömrəli, təbii strateji müttəfiqimiz olan qardaş ölkə ilə ən böyük qonşumuz, Dağlıq Qarabağ məsələsində həlledici söz sahibi olan və ən önəmlisi, işğalçı Ermənistanın əsas hərbi-siyasi müttəfiqi arasında yaranmış böhrandan gedirdi. Bu böhranın küləyi istəsək də, istəməsək də, bizi “vururdu”. Hətta Bakı üçün qəliz seçim məsələsi ortaya çıxa bilərdi.

Hərçənd Azərbaycan kritik durumdan itkisiz çıxmağı bacardı. Diqqətçəkicidir ki, həmin 8 ayda rəsmi Bakı Ankara əleyhinə, Kremlin isə xeyrinə nəinki hansısa addımda, hərəkətdə bulanmadı, əksinə, qardaş ölkəni heç bir halda şimal qonşumuzun ayağına vermədi, sabiq baş nazir Əhməd Davudoğlu kritik günlərdə Bakıda olarkən isə prezident İlham Əliyev açıq şəkildə bəyan elədi ki, Türkiyənin problemi Azərbaycanın problemidir və Bakı həmişə Ankaranın yanındadır. Eyni mövqeni Azərbaycanın dövlət başçısı terror aktları ilə silkələnən və o üzdən Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin iki dəfə əngəllənməsinə cavab olaraq, Türkiyəyə etdiyi ziyarət zamanı ortaya qoydu.

Azərbaycan özünü yeni müharibəyə hazırlayır

Bundan əlavə, maraqlıdır ki, kritik 8 ayda Azərbaycanla Türkiyə arasında hərbi və hərbi-əməkdaşlıq əlaqələri bir az da gücləndi. Konyada iki qardaş ölkənin möhtəşəm ortaq təlimləri keçirildi, ardınca prezident İlham Əliyev Azərbaycan ərazisində bəzi hərbi obyektlərin Türkiyə Silahli Qüvvələrinin ixtiyarlına verilməsi haqda tərəflər arasında imzalanmış protokolu təsdiqlədi.

O vaxt erməni qaynaqlarının da narahatlıqla qeyd etdiyi kimi, bu, faktiki şəkildə türkiyəli generalların Azərbaycan ordusunda xidmətə götürülməsi (hərbi müşavir, məsləhətçi, təlimatçı və s. qismində) demək idi. Doğrudur, Müdafiə Nazirliyi məsələyə fərqli şərh verdi – bu da anlaşılan idi əslində, hər necə olmasa, onsuz da Türkiyəyə qəzəbli olan Putini daha da qıcıqlandırmaq olmazdı.

Azərbaycan özünü yeni müharibəyə hazırlayır

Nəhayət, işğalçı erməni hərbi qüvvələrinin acınacaqlı məğlubiyyəti və 2000 hektar ərazimizin geri alınması ilə bitən aprel döyüşləri də məhz Türkiyə və Rusiya arasında kritik münasibətlər dönəminə təsadüf elədi. O zaman Rusiya KİV-lərinin əksəriyyəti forpost Ermənistana hərbi şapalaq effekti verən bu toqquşmanın arxasında məhz Türkiyənin dayandığını iddia eləməkdən yorulmurdu…

Güman eləmək olardı ki, Türkiyə-Rusiya münasibətlərinin qaydaya düşməsi ilə Qarabağ konfliktinin nəhayət ki, dinc həlli üçün əlverişli perspektiv açılacaq, münbit zəmin yaradacaq. İlk aylar buna inam artmışdı da. Xüsusən də prezident R. Ərdoğanın Rusiyaya (Sankt-Peterburqa), V.Putinin isə Türkiyəyə (İstanbula) qarşılıqlı səfərlərindən sonra Qarabağ məsələsinin həllində müsbət dinamika müşahidə edilməkdə idi. Hətta Ərdoğanın və Türkiyə XİN başçısı M.Çavuşoğlunun dilindən “5 rayon” məsələsinin razılaşdırıldığı haqda inamlı açıqlamalar səslənmişdi. Bakı-Ankara-Moskva üçlü formatı haqda təklif də həmin vaxt gündəmə gəlmişdi.

Azərbaycan özünü yeni müharibəyə hazırlayır

Fəqət, ümidlər doğrulmadı. Əksinə, Ankara-Moskva əlaqələrinin yaxşılaşması fonunda sanki Rusiyada bir arxayınlıq yarandı və şimal qonşumuz diqqətinin xeyli hissəsinin aprel döyüşlərindən sonra ondan incik düşmüş müttəfiq ermənilərin könlünü almağa, bir az da Sərkisyan rejimini möhkəmlətməyə yönəltdi.

Nə qədər qəribə görünsə belə, Ermənistanın hava məkanının tamamilə Rusiya HHQ-nin nəzarətinə keçməsi, işğalçı ölkəyə “İsgəndər M”, “Smerç” kimi müasir raket komplekslərinin verilməsi, nəhayət, Rusiya ilə təcavüzkar ölkə arasında ortaq ordunun yaradılması məhz Ankara-Moskva münasibətlərinin istiləşməsindən sonrakı dövrə təsadüf edir. Bu da faktiki surətdə Azərbaycanla yanaşı, Türkiyəyə, yumşaq desək, bir qeyr-dost mesajı, Qarabağ danışıqlarının isə sabotaj edilməsi anlamına gəlir. Nədən ki, məhz sadalanan dəstəyin fonunda İrəvanın sülh danışıqlarında mövqeyi təzədən sərtləşmiş oldu.

Azərbaycan özünü yeni müharibəyə hazırlayır

Bəs bundan sonrakı proseslər nə vəd edir, üfüqdə Qarabağla bağlı hansısa anlaşma görünürmü? Müharibə ehtimalı necə, Moskva-Ankara ilişkilərinin istiləşməsi fonunda artır, yoxsa azalır?

“İndiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil”. Bunu politoloq Elxan Şahinoğlu yazıb. Onun qənaətincə, Azərbaycan cəmiyyətinin aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ ətrafındakı rayonların danışıqlar yolu ilə azad olunacağına ümidləri özünü doğrultmayıb.

“Dağlıq Qarabağın ”müstəqilliyini\” istəyən Ermənistanın özü artıq müstəqilliyini itirib. Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun da səbəbi torpaqlarımızın işğal altında olmasıdır. Faktiki, Azərbaycan özünü gələcək hərbi toqquşmaya hazırlayır. Çünki indiki şərtlər daxilində konfliktin sülh yolu ilə həlli mümkün deyil\” – təhlilçi qeyd edib.

Azərbaycan özünü yeni müharibəyə hazırlayır

Siyasi şərhçiyə görə, danışıqlarda hazırkı susqun gedişat torpaqları geri almaq üçün mütləq ordudan istifadəyə dair inam formalaşdırır: “Apreldəki döyüşlər buna nümunədir. Demək, Ermənistan daha böyük əraziləri itirməklə başqa reallıqla da barışa bilər. Qarşı tərəf Azərbaycan ordusunun daha böyük gücünü görməyənə qədər işğaldakı torpaqları geri qaytarmayacaq. Rusiyanın Ermənistana verdiyi İsgəndər raketləri hələ də müzakirə predmetidir. Moskva Ermənistanla müqayisədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir, ona görə də ”İsgəndər\”ləri Ermənistanda yerləşdirdi\”.

Azərbaycan özünü yeni müharibəyə hazırlayır

Analitikə görə, rəsmi Bakı isə hərbi balansı yenidən öz xeyrinə dəyişməyə çalışır: “Pakistan, İsrail, Türkiyə və Ukraynadan alınacaq modern silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərində üstünlüyünü əyani nümayiş etdirəcək. Hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşa bilmir. Sərkisyanın bu yaxınlarda Ermənistanın silah almağa pulunun olmamasını açıqlaması onun ən böyük etirafı idi. Belə olan h alda isə Ermənistanın daha çox Rusiyaya sığınması onun müstəqlliyini məhdudlaşdırır”.

Əlavə edək ki, bu da o anlama gəlir ki, qarşıdakı yeni dönəmdə Azərbaycan Dağlıq Qarabağı geri almaq üçün heç vaxt olmadığı qədər ən əvvəl Moskva ilə anlaşmalı olacaq – Ankara ilə münasibətləri xeyli istiləşən Moskva ilə.

Bəlkə də bu, Rusiyanın yeni bir hiyləgər taktikasıdır ki, Ermənistanı özündən daha çox asılı eləməklə, İrəvanın Qarabağ məsələsinə təsirini sıfıra endirməklə sonradan Bakı və Ankara ilə istədiyi şəkildə Qarabağ bazarlığı yapa bilsin? Axı, hər necə olmasa, Kreml Azərbaycan və Türkiyə ilə münasibətlərə də böyük önəm verir. Qarabağ ixtilafı isə bu önəmi zədələyir… ( musavat.com )

İnterpress.az