Moskvada MDB müdafiə nazirlərinin toplantısı başlayırbackend

Moskvada MDB müdafiə nazirlərinin toplantısı başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə artıq toplantı çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb.

Kremlin nəzarətindəki “Nezavisimaya qazeta” qəzetinin “Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada “sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilər” yazsının məhz bu gün yayınlanması təsadüfi deyil. Bu bir nəbz yoxlamasıdır:

Bunu İnterpress.az-a \”Atlas\” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Moskvada MDB müdafiə nazirlərinin toplantısı başlayır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə artıq toplantı çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb. Rusiya qəzetinin yazdığına görə, bu görüşmədə də Suriyaya hərbi birlik göndərilməsi məsələsi müzakirə olunub. İndiki şərtlər altında Suriyaya hərbi birlik göndərilməsi Azərbaycanın maraqlarına cavab vermir: \”Birincisi, beynəlxalq birlik Suriya ilə bağlı ümumi koalisiya yarada bilmirsə, Azərbaycan öz hərbçilərini Rusiyanın patronajlığı altında niyə bu ölkəyə göndərməlidir? Azərbaycanın İrak, Kosovo və Əfqanıstandakı sülhməramlıların tərkibində iştirakı ümumi koalisiyanın varlığı ilə əlaqəli idi. Suriyada isə terrorçulara qarşı savaşan beynəlxalq koalisiya yoxdur. İkincisi, Azərbaycan Ermənistan hərbçiləri ilə eyni koalisiyada iştirak etməməlidir. Üçüncüsü, Azərbaycanın Rusiyanın rəhbərliyi altında koalisiyada iştirakı rəsmi Bakının tərəf seçməsi anlamına gələcək. Yəni rəsmi Bakı yüzminlərlə insanın qətlinin səbəkarı Bəşər Əsəd seçəcək, qarşısında isə strateji müttəfiqi Türkiyəni və ABŞ görəcək. Bu bizə lazımdırmı?\”.

İnterpress.az