Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə

Ölkə
Bu günlərdə Azərbaycan mediasına öz adını uğurla yazmış “Modern.az” xəbər portalının 10 illik yubileyi qeyd olunur. 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayan portal fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanıb, həmçinin gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.
Fövqəladə Hallar Nazirliyi (FHN )Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Bu gün Milli Məclisin deputatlarının tətil müddəti başa çatır. Sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.
Avqustun 29-da Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, “Yataq” adlanan ərazidə 5 ədəd bombaya oxşar əşyanın tapılması barədə məlumat daxil olub.
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX ) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
"Azərbaycan ordusunun torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil..!”
Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) avqustun 29-da davam edib.
Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.
Gömrükçülər qanunsuz yolla ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısını alıblar.
Dövlət başçısının 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılıb.
“Kaspersky Lab” şirkətinin hesablamalarına görə, 2019-cu ilin ikinci rübündə Azərbaycan istifadəçiləri arasında şifrələnmə proqramları ilə hücumların sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0.72% -dən 0.85%-ə qədər artıb.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncədə baş tutacaq “Hackathon”a seçim turları başlayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019” müsabiqəsinə start verib.
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur.
Şəxsi heyətin döyüş hazırlığı həm də təlimlərlə bağlıdır. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən təlimlər hərbi qulluqçuların bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xidmət edir. Eyni fikirlər Hərbi Hava Qüvvələrinə də aiddir. Pilotlarımızın döyüş hazırlığı təlim-məşq uçuşlarıyla təkmilləşir, onların peşəkarlığı artır. Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşunda Hərbi Hava Qüvvələrimizin MiQ-29 təyyarəsi qəzaya uğradı. Dənizdə axtarışlara başlanıldı. Axtarışlarda bir sıra aidiyyəti qurumlarla birgə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti də iştirak edirdi.
ABŞ-da çıxan “The Washington Times” qəzetində “Caspian Group Holdings”in baş direktoru Rob Sobhaninin “Mehriban Əliyeva: ağacəkmə layihəsi ilə tanınan Azərbaycanın birinci xanımı” sərlövhəli məqaləsi dərc olunub.
"Tez-tez bu cür suallarla qarşılaşıram "Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?”. Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən təşkil olunan və “R.I.S.K Company”, “Azercell Telecom”, “TrendMicro” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə keçirilən “AZCLOUD Hackathon 2019” müsabiqəsini təşkil edib. Avqustun 28-də müsabiqənin açılış mərasimi baş tutacaq.
“Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransının Bakı Dövlət Universitetində (BDU) keçirilməsi bizim üçün fəxrdir. BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə reallaşdırılan konfrans universitetimizin beynəlxalq əlaqələrinin genişlənməsinə də töhfə verəcək.
“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində Qəbələ, İsmayıllı və Qax rayonlarında peşə təhsili müəssisələrinin I kurs tələbələri yay təcrübəsinə qatılıblar.
"Pilot ani olaraq huşunu itirib və qırıcının idarə edilməsinə müdaxilə imkanından məhrum olub".
İsveç Krallığının paytaxtı Stokholmda 15-ci Vikimaniya beynəlxalq konfransı və “Global Voices” təşkilatı tərəfindən “CivilServant’s Research Summit” adlı tədbir keçirilib.
Qubada şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının, müharibə veteranlarının, həmçinin 20 Yanvar şəhidlərinin ailə üzvləri olan yeniyetmə və gənclərin cəlb olunduğu bir həftəlik düşərgəyə yekun vurulub.
Müasir müstəqil Azərbaycanın inkişafında, sosial məsələlərin həllində yaxından iştirak etmək, mərhəmət, əxlaqi ideyalara sadiqlik, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək... Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışan, onun ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin dinamik inkişafı istiqamətində görülən işlərə ciddi töhfələr verir.
Avqustun 25-də Bakıda ilk dəfə olaraq Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Dance Your Style” rəqs yarışması keçirilib.
Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəyə doğum günü münasibətilə təbrik ünvanlayıb.
Baş nazir müavini mer olduğu illərdə qohumları ilə yaxın adamlarının adına saysız-hesabsız bina və obyekt rəsmiləşdiribmiş…
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərinin Kosalı kəndi yaxınlığında dağlıq ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahəsində yanğın olması barədə məlumat daxil olub.
Hirkan Milli Parkının ərazisində baş vermiş yanğının qarşısı alınıb.
Avqustun 24-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə səfərə gedib.
2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə veriləcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər davam etdirilir. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. İşlər “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən həyata keçirilir.
Rusiya Azərbaycanlıları İttifaqının dəstəyi, Azərbaycan Diasporu İnformasoya Mərkəzinin təşkilatçılığı ilə axərbaycanlı gənclər Çeçenistana səfər edəcək.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramovdan 0,565 qram metamfetamin götürülüb.
Azərbaycan Tibb Universitetinin (ATU) rəhbər şəxsləri yay məktəbində imtahanın gedişini izləyiblər.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-33-cü km-lik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Hazırda pilot Rəşad Atakişiyevin axtarışı davam etdirilir.
REAL Televiziyasının Baş direktoru, tanınmış jurnalist Mir Şahin Gəncə teraktı ilə bağlı şok video yayımlayıb.
Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.
Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı ilginc məlumatlar yayılıb.

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176