Türkmənistanda ərzaq malları yoxa çıxdı, bizdə necə olacaq?backend

Türkmənistanda ərzaq malları yoxa çıxdı, bizdə necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu videonu izləyərkən, “Görəsən sonra Neft ölkəsi olan Azərbaycanını 2017-ci ildə nə gözləyir?” sualı ağlımıza gəlir. Elə bu sualla iqtisadi ekspert Samir Əliyevə müraciyyət etdik. İnterpress.az-a vəziyyətlə bağlı proqnoz verən Samir Əliyev bildirdi ki: “Azərbaycan iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatı kimi açıq olmasa da Türkmənistanla müqayisədə açıqdır. Ona görə düşünmürəm ki, Azərbaycan Türkmənistanı taleyini yaşasın, ancaq bu o demək deyil ki, neft qiymətlərinin aşağı düşməsi bizim iqtisadiyyata təsirsiz ötəcək.”

Ekspert, 2017- ci ilin iqtisadi baxımdan çətin olacağını bildirərkən, bunun səbəbini də belə izah etdi: “Bu çətinliklər ilkin olaraq qiymətlərin bahalaşmasına, bu isə infilasiyaya səbəb olacaq. Ölkə qarşısında ilkin problem bahalaşma ilə mübarizə, ikinci məsələ isə manatın infilasiyası olacaq. Düşünürəm ki, manatın indiki məzənəsini saxlamaq mümkün olmayacaq. Ona görə manatın ucuzlaşması davam edəcək. Bu da öz növbəsində itxal malların bahalaşmasına səbəb olacaq.”

Türkmənistanda ərzaq malları yoxa çıxdı, bizdə necə olacaq?

Nəzərə alsaq ki, qeyri ərzaq mallarının böyük qismi və ərzaq sektorunda istifadə olunan məmulatlar idxal olunur bu qiymət artımına səbəb ola bilərmi?” sualına isə ekspert bu cavabı verdı: “Bahalaşma olacaq. Düşünürəm ki, 2017-ci ildə 20 faizdən çox bahalaşma gözlənilir. Yenə deyirəm bu hal manatın ucuzlaşması ilə bir başa bağlıdır. Dunya bazarında neftin qiyməti 60 dollar civarında olarsa dövlət manatın indiki səviyyədə qalmasını təmin edə biləcək və qiymət artımı olmayacaq. Lakin bu proqnozlar nə qədər gerçək olub olmadığından asılıdır.

Ərzaq təhlükəsizliyinə gəldikdə isə ekspertin fikrincə rəsmi statistikaya görə, Azərbaycan 80 faiz ərzaq mallarını özü istehsal edir və 20 faiz ərzaq idxal edir.
“Lakin daxili ərzaq istehsalında da xarici kompanentlərdən asıllıq var yəni istənilən halda bahalaşma olacaq. Qiymətlərin bahalaşması isə alıcı qüvvəsini aşağı salacaq. Bu halda isə ölkəyə daha ucuz malların idxalı başlayacaq. Bildiyiniz kimi də ucuz malların keyfiyyəti o qədər də yüksək olmayacaq. Digər tərəfdən ərzaq mallarının çeşid azlığı baş verir və daha təhlükəli malların bazara yol açması baş verəcək.”

Türkmənistanda ərzaq malları yoxa çıxdı, bizdə necə olacaq?

Türkmənistanda ərzaq malları yoxa çıxdı, bizdə necə olacaq?

Türkmənistanda ərzaq malları yoxa çıxdı, bizdə necə olacaq?

Türkmənistanda ərzaq malları yoxa çıxdı, bizdə necə olacaq?

Türkmənistanda ərzaq malları yoxa çıxdı, bizdə necə olacaq?

Türkmənistanda ərzaq malları yoxa çıxdı, bizdə necə olacaq?

Türkmənistanda ərzaq malları yoxa çıxdı, bizdə necə olacaq?

Orxan Muxtarlı
İnterpress.az