Parçalayıb hökm sürmək sənəti – FOTObackend

Parçalayıb hökm sürmək sənəti – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu mübarizə fərdlər, ailələr, icmalar və daha geniş formatda dövlətlər arasında gedir. Daha çox paya yiyələnmək üçün isə əlbəttə, mübarizə aparmaq lazımdır. İki nəhəng qüvvənin toqquşması isə daha çox tələfat və faciə ilə müşahidə olunur. Müharibə nə qədər pislənsə də, insanlığın inkişafında müharibələrin rolu böyükdür. Məsələn, ilkin şəhərlər müdafiə xarakter daşıyıb. İri qalaların tikilməsi elə düşməndən müdafiə olunmaq üçün idi.

Dövlətlər hərbi xərclərdə xəsislik etmədiyi üçün hərbi elmi-texnikanın inkişafı həmişə ilkin sıralarda olub və indiki zamanda istifadə etdiyimiz bütün texnikanın ilkin variantı hərbi məqsədlər üçün yaradılıb. Əlbəttə, müharibə dediyimiz an ilkin olaraq ağlımıza zirehli texnika, silah və kütləvi qırğın səhnələri gəlir. Lakin bu tam olaraq belə deyil. Müharibə özü iki və ya bir neçə qüvvənin mübarizəsinin təcəssümü olduğu üçün toqquşmalar bir neçə sahədə gedir. Toqquşma sahələri isə ənənəvi olaraq iqtisadi, siyasi və informasiya bölümlərindən ibarətdir.

Parçalayıb hökm sürmək sənəti - FOTO

Ənənəvi müharibə

Ənənəvi müharibə normalda anladığımız müharibədir. Bu müharibədə güclü tərəf zəif tərəfə hücum edir və onun üzərində qələbə çalaraq əlindəki resursları mənimsəyir, daha da qüvvətini artırır. Məsələn, ABŞ-İraq savaşı zamanı İraq ordusunu 1945-ci ilin İtaliya ordusu ilə müqayisə etmək olar ki, bu da müasir silahlardan istifadə edən ABŞ ordusunun yanında çox zəif bir qüvvə idi. Nəticə olaraq da, ABŞ qısa zaman kəsiyində İraqı işğal etdi və oradakı dövlət strukturunu çökdürərək yerinə öz maraqlarına uyğun yeni dövlət strukturu qurdu.

İqtisadi müharibə

İqtisadi müharibə bir ölkənin digər ölkəni gəlir mənbələrindən məhrum edərək onun zəifləməsinə nail olmaq üçün aparılır. Məsələn, orta əsrlərdə bir şəhəri işğal etmək lazım idisə, onun ticarət yollarına hücum edilir və ora gələn karvanların qarşısı alınırdı. Nəticədə həmin şəhər öz gəlirlərindən kənar qaldığı üçün zəifləməyə başlayırdı. Muasir dönəmdə isə iqtisadi müharibənin daha qəliz üsullarının şahidi oluruq. Məsələn, onlardan biri iqtisadi embarqodur. Bir ölkəni çökdürmək üçün ona embarqo qoyulur, bütün ticarət və bank sistemi iflic edilir, nəticədə ölkə gəlirlərindən məhrum olur. Muasir dövlətlər daha da irəli getmək üçün embarqo ilə yanaşı bazarın idarə olunması və əlavə qaynar ocalqlar yaradaraq ölkənin pul resursunu ora yönəldir.

Parçalayıb hökm sürmək sənəti - FOTO

Məsələn, ABŞ-Soverlər Birliyinin soyuq müharibəsinə fikir versək görərik ki, Amerika Səudiyə Ərəbistanın əli ilə neft qiymətlərini aşağı saldı və Sovetlərin neft satışından gələn gəliri aşağı düşdü. Digər tərəfdən Əfanıstanda talibanı silahlandıraraq Sovetləri Əfqanıstan bataqlığına (bahalı müharibəyə) çəkdi. Sovetlər o zaman bütün resurslarını Əfqanıstan müharibəsinə yönəltdiyi üçün ölkədə iqtisadi böhran yaşandı, daxili narazılıq milli azadlıq mübarizəsinə çevrildi və ölkə parçalandı.

Hesablamalara görə, Sovetlər Birliyinin çökməsi nəticəsində 11 milyon keçmiş sövet insanı maddi çətinlik üzündən həyatını itirdi. Bu özü-özlüyündə iqtisadi müharibənin nəticələri idi. Sovetlərə qarşı iqtisadi müharibənin elan olunması Reyqanın layihəsi idi və bu layihə Reyqanın ölkə başçısı olduğu illərdən başlamışdı.

Siyasi müharibə

Bildiyimiz kimi bütün müharibələr siyasi masadan başlayır və sonucda siyasi masada bitir. Lakin siyasi müharibə müasir zamanda ən effektli mübarizə üsuludur. Burada müttəfiq ölkələrdən koalisiyanın formalaşması, beynəlxalq təşkilatların əli ilə təzyiqlərin edilməsi və ölkələrin daxili işinə qarışaraq konstutusiyanın dəyişdirilməsi kimi məsələlər var. Məsələn, ABŞ Yaponiya üzərində qələbə qazandıqdan sonra Yaponiyanın Konstutusiyasına ölkənin ordusu olmaması ilə bağlı qərarı qəbul elətdirdi. Bu addım özü-özlüyündə siyasi müharibə sayılır. Siyasi müharibə qloballaşan dünyada ən çox istifadə olunan mexanizmlərdən biridir.

İnformasiya müharibəsi

İnformasiya müharibəsi ümumən bütün növ müharibələrdə istifadə olunun paralel mübarizə metodur. Tarixən digər sərkərdələr hücumdan öncə xüsusi xəfiyyələrin vasitəsi ilə ölkə daxilində çaxnaşma salaraq daxili vəziyyəti gərginləşdiriblər. Çünki qeyri-stabil vəziyyətdə ölkənin işğalı asanlış. İnformasıya müharibəsi özü özlüyündə iki hissəyə ayrılır: “İnformasiya bombası” və “informasiya müharibəsi”.

İnformasiya bombası daha çox aktiv döyüşlərdə istifadə olunur. Məsələn, ABŞ Birinci körfəz savaşından İraqa müdaxiləsini Türkiyə üzərindən olacağı ilə bağlı məlumat yayırdı, buna görə də İraq ordusu ABŞ-ın müdaxiləsini ölkənin şimalından gözləyirdi. Sonda isə ABŞ İraqa Küveytdən – ölkənin cənub sərhədlərindən hücum etdi.

Yaxud İrlandiyada 19-cu əsrin ortalarında baş vermiş aclığı misal gətirmək olar. İrlandiyanın əsas qida rasionuna daxil olan kartofun məhsuldarlığı aşağı düşdüyündən İngiltərənin xəfiyyələri bu məsələni qabardaraq əhali arasında panikaya nail olmuşdlar. Kartof çatışmamazlığı qəzetlərdə o qədər qabardılmışdı ki, ölkə əhalisi acından öləcəyi ilə bağlı təşviş yaşayırdı. Varlı təbəqənin isə bazarda bütün ərzaq məhsullarını iri həcmdə alması ölkədə aclığa səbəb oldu.

“İnformasiya virusu” isə daha çox ideloji, fəlsəfi dünyagörüşünün dəyşdirilməsi üçün istifadə olunur. İnformasiya müharibəsi tarixi, mənəvi və mədəni dəyərlərinin dəyişdirilməsində geniş istifadə olunur. Bu proses muasir terminalogiyada “Qloballaşma” adı ilə çox yayılıb. Məsələn, Sovetlərlə Əfqanıstan arasında baş verən müharibədə Hollivud filmlərində əfqan döyüşçülərini mücahid və müsbət personaj, sovet əsgərini isə əksinə, qaniçən işğalçı kimi təqdim edir. ABŞ-ın özünün Əfqanıstana müdaxiləsi zamanı həmin əfqan mücahidi qaniçən, zülmkar, terrorçu, ABŞ əsgəri isə əksinə xilaskar qəhrəman timsalında təqdim olundu.

Parçalayıb hökm sürmək sənəti - FOTO

Belə şeylər artıq insanların beynində ABŞ əsgərinin müsbət obrazını yaradır və hətta bir çox ölkələrin vətəndaşları ABŞ əsgərinin onların ölkələrinə də gəlməsini istəyir. Lakin həmin sadə insan anlamır ki, ABŞ əsgəri ölkələrinə gələndə gül-çiçəklə deyil, silahla gələcək və onun gəlişi kütləvi şəkildə sadə vətəndaşların ölümü ilə nəticələnəcək.

İnformasiya müharibəsi indiki zamanda təkcə dövlətlər deyil, həm də İŞİD kimi terror təşkilatı tərəfindən də peşəkar şəkildə istifadə olunmaqdadır. Məsələn, İŞİD-in xaricdə yaşayan üzvlərinin apardığı təbliğatı (informasiya virusu) nəticəsində təşkilat sıralarını gücləndiri. İŞİD müasir texnologiyadan yararlanaraq təbliğatı işlərini aparır. Məsələn, İŞİD-çilərin yayımladığı dəhşətli edam səhnələri informasiya bombası kimi çox effektlidir. Nəticədə ilkin dövrlərdə İraq ordusu İŞİD-lə mübarizədən qaçdı və şəhərlər kütləvi şəkildə boşalmağa başladı. Bu isə İŞİD-in daha çox əraziləri ələ keçirməsinə şərait yaratdı.

Orxan Muxtarlı
İnterpress.az