Bu gün yalançı çərşənbədirbackend

Bu gün yalançı çərşənbədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim azərbaycanlı əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üsgü”, ikinci üçünə “doğru üsgü”, sonuncusuna isə “ilin axır çərşənbəsi” deyirdi.

Doğruçu çərşənbə hesab olunan 4 çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur. 21 martın gəlişindən (Novruz günündən) öncəki altı həftə boyunca hər çərşənbə axşamı saraylarda böyük şamlar yandırılır”. Belə olan təqdirdə ilk Yalançı çərşənbədən son Doğruçu çərşənbəyə – yəni ilin Novruzdan qabaqkı axırıncı çərşənbəsinə qədər olan müddət 42 günü (yuvarlaq rəqəmlə götürsək, 40 günü) əhatə edir. Altı həftəlik müddətə isə bu həftələrin o başının da, bu başının da – yəni başlanğıc sərhədi ilə qurtarma sərhədinin çərşənbə axşamı ilə başlanıb qurtarmasını hesaba aldıqda, yeddi çərşənbəni əhatə etdiyi aydın olur.

Çərşənbə anlayışının bir adının da, bir mənasının da çillə olduğunu nəzərə alsaq, çillə ifadəsinin də qırx demək olduğunu yada salsaq, burada üst-üstə düşən eyniliklərin bir-birlərini təsdiqlədiklərini aydın görərik.

İnterpress.az