Cəbhədə nələr baş verir? — Sarkisyanın Qarabağ niyyətibackend

Cəbhədə nələr baş verir? — Sarkisyanın Qarabağ niyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

interpress.az xəbər verir ki, bu barədə politoloq Arzu Nağıyev ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti cəbhədə gərginliyi yaradaraq hökmranlığını qorumaq istəyir.

“Cəbhədə vəziyyətin gərginləşməyinə səbəb Ermənistanda seçki ilidir. Seçkilərdə iştirak edən müxtəlif partiyaların siyasi kartından biri Dağlı Qarabağ münaqişəsidir. Çünki Sarkisyan və onun komandası Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəliblər və hakimiyyəti də bu səbəbdən saxlayırlar. Bu məqsədlə də məhz orada seçkilərə hazırlıq ərəfəsində təxribatlara əl atırlar. Bu addım gözlənilən idi.

İkinci variant da ondan ibarətdir ki, məhz keçirilən “referendum” ilə bağlı xarici dövlətlərdən gəlmiş qanunsuz müşahidəçilər var. Ermənilər istəyirlər müşahidəçilərə göstərsinlər ki, cəbhədə daim atışmadır. Qeyri-stabil vəziyyətdir. Azərbaycan təxribata əl atır.

Üçüncü məsələ ondan ibarətdir ki, Cənub Qaz Dəhliz ilə bağlı Azərbaycanda beynəlxalq görüş keçirildi. Bütün Avropa ölkələri burada idi. Məhz bu böyük layihənin Azərbaycan üzərindən keçməsinə regionda olan mənfur qüvvələr və ermənilər razı deyillər. Bu səbəbdən də, regionun qeyri-stabil olmasını və böyük layihələrə ev sahibilik etməyiə bütün vasitələrlə qarşı çıxmaq istəyirlər”, -deyə siyasətçi bildirib.

Məlumatın yayılmamasına gəlincə, A.Nağıyev deyir ki, bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır:

“Ötən gecə saat 3-dən 4-də qədər Qarabağda təmas xəttində ermənilər tərəfindən baş verən diversiya aktları böyük qarşıdurma baş verib. Düşünürəm ki,hər iki tərəfdən itkilər var. Bu müharibədir. Mənə elə gəlir ki, Müdafiə Nazirliyinin nə qədər imkanı var, məlumat verir. Cəbhədə nələr olur, bunu hər detalına qədər vermək olmaz. Təbii haldır ki, cəmiyyətdə narahatlıq var. Həm döyüşən əsgərlərin aqibəti, nə proses baş verir, nə ola bilər? Bu tip suallar insanları narahat edir. Bir sıra kəndlərin guya köçürülməsilə bağlı məlumatlar yayılır. Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi böyük açıqlama verəcək. Burada hansısa sayt öz reytinqi naminə razılaşdırılmamış məlumatları yaymamalıdır”.

İnterpress.az