“Putin ilə Ərdoğanın görüşündən sonra hər şey məlum olacaq”backend

“Putin ilə Ərdoğanın görüşündən sonra hər şey məlum olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə politoloq Arzu Nağıyev Ölkə.Az-a açıqlamasında bildirib Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında prezidentlər səviyyəsində növbəti sammitdə Dağlıq Qarabağ münaqişəsi barədə danışıqların aparılmaması mümkün deyil.

“Bu gün Lavrovun Məmmədyarovla fgörüşü Qarabağ münaqişəsi üzərində köklənib. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi öz nüfuzunu bərpa etməyə çalışan Rusiya təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də öz fikirlərini bildirdi. Yenə də, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsinə toxundu”, – deyə Arzu Nağıyev bildirib.

Suriya məsələsinə gəlincə, Arzu Nağıyev deyir ki, orada vəziyyət gərgin olaraq qalır:

“Türkiyə, ABŞ və Rusiyanın bu məsələdə, əsasən də Əl-Bab problemlərində fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqları onunla bağlıdır ki, Türkiyə 90 kilometrlik bufer zonasını yaratmağa çalışır və hətta Rakkanı bombalamağa hazırdır. Türkiyə bununla sərhəddindən bir sıra məsələlərin uzaqlaşdırmaq istəyir. ABŞ və Rusiya istəyir ki, əsas məqsəd Türkiyə sərhədləri yaxınlığında kürd dövlətinin yaradılmasından ibarətdir. Bu Türk dövlətinin yaradılmasında da ən maraqlı qol kimi PKK-nın oradakı qrumu olan YPG-dir. Rusiya orada Əsəd rejimini dəstəkləsə də, digər tərəfdən orada kürd mənşəli qüvvələrin yaranmaqdır. Bu da heç vaxt Türkiyəni razı sala bilməz. Məhz Türkiyə ilə Rusiya münasibətləri Suriya istiqamətində də müəyyən danışıqların aparılması gözləniləndir”.

Siyasətçi düşünür ki, bu danışıqlarda da başqa problmelərin ortaya çıxması mümkündür:

“Bütün dövlətrin öz maraqları ortadadır. Bu baxımdan da Suriya məsələsində Türkiyə-Rusiya görüşü mühüm bir müstəvidir ki, bu danışıqların nəticəsindən sonra hər şey məlum olacaq”.

İnterpress.az