Ermənilərin Qarabağ təxribatı: 4 əsas məqambackend

Ermənilərin Qarabağ təxribatı: 4 əsas məqam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, cəbhə bölgəsindəki gərginliyə məhz bu təxribatlar səbəb olur:

“Təxribatları bir-bir sadalayaq. Birincisi, Ermənistan Dağlıq Qarabağa köçü dayandırmır və bu köç ermənilərin heç vaxt yaşamadıqları əraziləri də əhatə edir.

İkincisi, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlarda hərbi təlimləri davam etdirir.

Üçüncüsü, işğal altındakı rayonlarda öz düşüncələrinə uğyun “yenidənqurma” işləri aparırlar, Şuşada məscidin “təmiri” bunun nümunəsidir.

Dördüncüsü, Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirdikdən sonra artıq neçənci dəfədir ki, idarəetməni dəyişirlər. Minsk Qrupu bunların heç olmazsa, birinə niyə “dur” demir? Minsk Qrupunun atəşkəsin qorunması vacibliyi ilə bağlı yüzlərlə bəyanatı var, ancaq sadaladığım mövzuların biriylə bağlı bir açıqlaması belə yoxdur”.

İnterpress.az