“Ermənistan tərəfinin söylədiyi fikirlər söz yığınıdır”backend

“Ermənistan tərəfinin söylədiyi fikirlər söz yığınıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 28-də keçiriləcək. Görüşdə Dağlıq Qarabağ probleminin həlli məsələsi müzakirə olunacaq.

Mart ayında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, Ermənistanla Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar dayandırılıb. Erməni tərəfi danışıqlardan imtina edib. Hətta xarici siyasət idarəsinin rəhbəri erməni tərəfinə Ermənistanda keçirilən parlament seçkilərindən sonra danışıqları bərpa etmək təklifi versə də, erməni tərəfi bunu qəbul etmədiyini deyib.

Ekspertlər aprelin 28-də keçiriləcək görüşü danışıqlarda yeni mərhələnin başlaması kimi qiymətləndirir.

Xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünü politoloq Zərdüşt Əlizadə \”Ölkə.Az\”-a şərh edib:

\”Erməni tərəfinin \”danışıqlar dayanıb, danışıqlar mənasızdır\” kimi fikirləri boş söhbətlərdir. Ümumiyyətlə Ermənistan tərəfinin söylədiyi fikirlər söz yığınıdır. Hamı bilir ki, Ermənistan adlı dövlətin suveren hüququ yoxdur. Ermənistan Rusiyanın bir əyalətidir. Rusiya nə əmr etsə, Ermənistan da onu edəcək.

Rusiya qərara alıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərini yanına çağırsın və onların qarşısında yeni tələblər qoysun. Bu tələblər isə bunlardan ibarətdir:

Birinci tələb – Danışıqlara başlayın, elə təsəvvür yaransın ki, danışıqlar prosesi başlayıb. Dünya görsün ki, Rusiya tərəfləri arasında razılıq üçün çalışır, ancaq siz danışıqlara razı deyilsiniz.

İkinci tələb – Siz razılıq verirsiniz ki, Rusiyanın sülhməramlı qoşunları gəlib Dağlıq Qarabağda otursun.

Üçüncü tələb – Sərt bəyanatlar verib ayrılırsınız və danışıqlar tamamən dayanır. Biz isə dünyaya deyirik ki, iki dövlət arasındakı problemi həll etməyə çalışdıq, ancaq alınmadı.

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərindən bu 3 variantdan birini tələb edəcək.

Öz iradəsi olmayan, asılı, zəif dövlətlərin taleyi belə olur. Onlar yalnız və yalnız böyük dövlətlərin diqtəsi ilə hərəkət edir\”.

İnterpress.az