Erməni generalının bəyənatı cəfəngiyyatdan başqa bir şey deyilbackend

Erməni generalının bəyənatı cəfəngiyyatdan başqa bir şey deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspertlər Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan açıqlamasını cəfəng adlandırıblar.

Andranik Makaryanın səsləndirdiyi fikrə hərbi ekspert Üzeyir Cəfərov \”Ölkə.Az\”da münasibət bildirib:

\”Bir neçə gün bundan əvvəl erməni general Makaryanın açıqlamasına hələ də Azərbaycan Xarici İşlər nazirliyi hələ də susur. Andranik Makaryan açıqlamanı məqsədyönümlü şəkildə vermişdi. Bu açıqlamadan sonra Azərbaycan tərəfinin susması 102 baza rəhbərliyinin özbaşına, qudurğan çıxış etməsinə gətirib çıxarır. Prinsip etibarı ilə nə 102-ci baza, nə də Ermənistan-Rusiya birgə qoşun qruplaşması gəlib Qarabağdakı döyüşlərdə iştirak edə bilməz. Bu baş versə böyük qalmaqala səbəb ola bilər. Bu baş versə, çətin vəziyyətdə olan Rusiyanın vəziyyətini bir qədər də çətinləşdirəcək.

Rusiya son zamanlar bir qədər fəallıq göstərmək istəyir. 102-ci baza heç bir halda Qarabağa gələ bilməz. Artıq 90-cı illər deyil. Ancaq Azərbaycan XİN-də özünü Gənclər və İdman, Mədəniyyət və Turizim nazirlikləri kimi aparır. Xarici işlər nazirliyinin başı daha çox İslam oyunlarına qarışıb. Hər bir qurum üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Erməni generalı Andranik Makaryanın açıqlaması XİN səviyyəsində cavablandırılmalı idi.

Türkiyədən bu məsələdə heç bir reaksiya gözləmirik. Putinlə Ərdoğanın görüşündə Dağlıq Qarabağ problemindən bəhs edilmədi. Proseslər Azərbaycanın ürəyi istədiyi şəkildə davam etmir\”.

Türkiyənin Naxçıvanda hərbi bazı yarada biləcəyi ilə bağlı məsələyə gəldikdə isə hərbi ekspert bildidi ki, Türkiyə Naxçıvana görə məsuliyət daşıyır:

\”Türkiyənin Naxçıvana görə məsuliyyəti Qars müqaviləsində göstərilib. Eyni zamanda Türkiyənin özündən də bir hərəkət olmalıdır. Azərbaycan cəmiyyəti olaraq biz istəyirik ki, Türkiyənin hərbçiləri daimi əsaslarla Naxçıvanda olsun. Ancaq çox təəssüflər olsun ki, Türkiyədən hansısa bir mesajları, istəyi görmürük. Bunun özü bizi istəməyən qüvvələrə imkan yaradır ki, Azərbaycana qarşı hansısa bəyanatlar səsləndirsinlər\”.

Qeyd edək ki, Azərbaycan XİN bu məsələ ilə bağlı susur. XİN-nin mətbuat xidmətindən məsələyə münasibət öyrənməyə çalışdıq. XİN-nin mətbuat xidmətinin rəhbəti Hikmət Hacıyev xaricdə olduğu üçün məsələyə münasibət ala bilmədik.

İnterpress.az