Cristiano Ronaldo vergiyə görə məhkəmə qarşısında duracaqbackend

Cristiano Ronaldo vergiyə görə məhkəmə qarşısında duracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbolçu Cristiano Ronaldo vergidən yayınma ittihamına görə bu gün İspaniyada məhəkəmə qarşısına çıxacaq.
Prokurorların bildirdiyinə görə, dünyanın ən yüksək maaş alan idmançısı sayılan Ronaldo, 2010-cu ildən 14,7 milyon avro məbləğində vergi ödəməkdən yayınıb.
Real Madrid komandasının ulduzu bundan əvvəl ittihamı rədd edərək, \”vicdanı təmiz olduğunu\” bildirmişdi.
32 yaşlı Ronaldo İspaniya vergi rəsmilərinin son dövrlərdə diqqətini cəlb edən ilk futboçu deyil.
Barcelona klubunda çıxış edən argentinalı futbolçu Lionel Messi keçən il vergidən yayınma ittihamı ilə 21 ay müddətinə həbs cəzasına məhkum olunmuşdu.
Bu ayın əvvəlində məhkəmə onun həbsdə qalmaq əvəzində 252,000 avro məbləğində cərimə ödəyə biləcəyi barədə qərar çıxarıb.
Lakin Messi yalnız 4,1 milyon avro məbləğdə vergidən yayınmaqda ittiham olunub, bu isə Ronaldonun vergidən yayındırdığı iddia edilən məbləğdən 10,6 milyon avro azdır.
Ronaldonun işinə Madrid kənarında yerləşən Pozuelo de Alarcon məntəqəsində yerləşən məhkəmədə baxılacaq.
Prokurorlara əsasən, Ronaldo \”2010-cu ildə yaradılan şirkətin strukturunu\” İspaniyada əldə etdiyi gəliri qəsdən vergidən yayındırmaq üçün istifadə edib.
Ronaldonun nümayəndələri bu ittihamları rədd edib.
Lakin iş məhkəməyə göndərilsə və o, təqsirli bilinsə, portuqaliyalı futbolçu azı 28 milyon avroluq cərimə və üç il yarım müddətinə həbs cəzası ilə üzləşə bilər. (bbc)

İnterpress.az