“Qarabağ” tarix yazdı – VİDEObackend

“Qarabağ” tarix yazdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk oyun gününün yeganə qarşılaşmasında Azərbaycan çempionu “Qarabağ” Moldovanın “Şerif” klubunun qonağı olub.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası pley-off mərhələsinə yüksəlib.

Bununla da, Ağdam təmsilçisi Azərbaycan futbolunda yeni tarix yazıb. Çünki indiyədək heç bir klubumuz ÇL-in pley-off mərhələsinə yüksələ bilməyib.

1 avqust

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) – 1:2
Qol: Dino Ndlovu, 45+3 (0:1), Miçel, 87 (0:2), Badibanqa, 90+4 (1:2)
İlk oyun – 0:0
Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Tiraspol. “Şerif” stadionu

“Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer (Muqosa, 61), 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç (Balima, 85), 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (Yakub Jezniçak, 31), 8. Miçel, 9. Dino Ndlovu (Ağabala Ramazanov, 89), 11. Mahir Mədətov (Əfran İsmayılov, 60), 14. Rəşad Sadıqov (k), 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

İnterpress.azhttps://youtube.com/watch?v=3lIHzQmlMpkhttps://youtube.com/watch?v=CYxf6QKJLng