Useyn Bolt zədələnərək son yarışını başa çatdıra bilməyibbackend

Useyn Bolt zədələnərək son yarışını başa çatdıra bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AZƏRTAC-a istinadən bildirir ki, Useyn Bolt, Omar Mcleod, Julian Forte və Yohan Blakın təmsil etdiyi Yamayka komandası yarışda uğursuzluqla üzləşib. Belə ki, son 100 metr məsafəyə qaçan Olimpiya və dünya çempionu, rekordçu Useyn Bolt zədələnərək yarışı tamamlaya bilməyib.

Budəfəki dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanan Bolt fəal idman həyatı ilə kədərli şəkildə vidalaşıb.

Qeyd edək ki, kişilər arasında 4×100 metr məsafəyə bayraq yarışında birinci yeri Böyük Britaniya, ikinci yeri ABŞ, üçüncü yeri isə yaponiyalı atletlər qazanıb.

İnterpress.az