Əmlak Komitəsindən Könül Kərimovaya CAVABbackend

Əmlak Komitəsindən Könül Kərimovaya CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəməyə müraciət edən müğənni torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb. İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Könül Kərimova may ayında bələdiyyə tərəfindən aldığı əlavə torpaq sahəsinin ayrılması ilə bağlı Əmlak Komitəsinə müraciət etmişdi. Lakin araşdırma zamanı məlum olub ki, həmin torpaq sahəsi bələdiyyə torpağı deyil və Bağlar İdarəsinə aiddir. Bələdiyyənin bu torpaq sahəsinə görə sənəd verməyə heç bir hüququ yoxdur.
Bu haqda rəsmi qaydada Könül Kərimovaya müvafiq cavab verilib və məsələ izah edilib. Buna baxmayaraq Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verib”.

İnterpress.az