“Onlar türk görünümlü ermənilər, ingilislərdir”backend

“Onlar türk görünümlü ermənilər, ingilislərdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düzdür, o yazı sonra silindi, ancaq bu durum Azərbaycanda sosial şəbəkələrdə ciddi narazılıq doğurdu. Eyni zamanda, Azərbaycandakı Türkiyə düşmənləri də bu məsələdən Türkiyə əleyhinə yararlanmağa çalışırlar.

Yenicag.az-ın mövzu ilə bağlı sualını Türkiyənin “Axşam” qəzetinin tanınmış köşə yazarı Emin Pazarcı cavablandırıb.

Türkiyə mediasının belə məsələlərdə həssas davranmalı olduğuna diqqət çəkən Emin Pazarçı bunları söyləyib:

“Təbii ki, medianın bu məsələlərdə həssas olması lazımdır. Yəni o yanaşmada ən azı ədalətsizlik var. Normal şərtlərdə belə ədalətsizliyə qarşı olmalıyıq. Bunu da bir kənara qoyaq, orada bizim işğala məruz qalmış soydaşlarımız var.

Bizim də uşaqlıqdan bəri dinlədiyimiz mahnılar vardı: “Ay Laçın, can Laçın, can sənə qurban Laçın…”. O Laçın da hazırda işğal altındadır. Bizim mədəniyyətimiz, bizə bağlı ünsürlər təzyiq altındadırlar.
Ancaq təəssüf ki, bunu düzgün qiymətləndirə bilmirlər. Bizim media bəlkə də pis niyyətdən yox, sadəcə, savadsızlıqdan belə səhvlərə yol verir.
Mən də sizinlə razıyam ki, Türkiyə mediası Azərbaycanla bağlı məsələlərdə, Azərbaycanın maraqları ilə bağlı həssas davranmaq zorundadırlar.

“Ufuk Uras, Ali Bayramoğlu və digər Türkiyə vətəndaşları Ermənistana getdilər, oradan da Dağlıq Qarabağa qanunsuz səfər etdilər. Bu da Azərbaycanda narazılıqla qarşılandı.

Hətta Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat verərək, vətəndaşları Azərbaycanın işğal altındakı bölgələrinə getməməyi tövsiyə etdi” mövzusunda isə Emin Pazarçı bunları söylədi:

"Onlar türk görünümlü ermənilər, ingilislərdir"

“O şəxslər hətta burada olmalarına baxmayaraq, Türkiyənin də maraqlarına qarşı çıxırlar, fəaliyyət göstərirlər, yazılar yazırlar. Türkiyəyə zərbə vurmaq istəyən bir qrup adam təbii ki, Azərbaycana da qarşı çıxaraq, o bölgələrə gedərlər. Məgər Azərbaycanda erməni maraqlarına xidmət edənlər yoxdurmu?”

“Bizdəkilər bu tip fəaliyyəti ölkəni tərk edib xaricdə həyata keçirirlər” replikasına E.Pazarçı belə cavab verib:

“Sizinkilər xaricdə, bizdəkilər isə təəssüf ki, daxildə bu işi görürlər. Bunları nəzərə alaraq, onları çox da ciddiyə almamalıyıq. Onlar bizdən olan elementlər deyil. Onlar türk olub da erməni kimi, amerikalı kimi, ingilis kimi davranan ünsürlərdir. Onların fəaliyyətindən çox da narahat olmayın, çünki o adamlar bizi də narahat edirlər”.

İnterpress.az