“Media Məktəbi- 3” başlayırbackend

“Media Məktəbi- 3” başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Media Məktəbi-3” çərçivəsində medianın müxtəlif sahələri üzrə mütəxəssislər tərəfindən təlimlər və interaktiv çalışma tapşırıqları keçiriləcək. Həmçinin gənclər müxtəlif praktiki fəaliyyətlərlə məşqul olacaq, TV və xəbər saytlarına səfərə gedəcəklər.
Birliyin sədri Nigar Ələsgərova bildirib ki; “Media Məktəbi-1”(2013) və “Media Məktəbi-2”(2016) layihələrinin məzunlarından bir neçə nəfər gənc hal-hazırda müxtəlif media qurumlarında çalışır. Əlbəttə bu nəticəni layihənin uğuru kimi qiymətləndirə bilərik. Artıq 3-cü dəfə keçiriləcək “Media Məktəbi” jurnalist olmaq istəyən, media sahəsində çalışmaq istəyən gənclərə faydalı olacaq və bu sahədə potensiallı kadrların üzə çıxarılmasına şərait yaratmış olacaq”. Sədr əlavə edib ki, layihəyə müxtəlif xəbər agentlikləri, televiziya kanalları, qəzet və radio əməkdaşları cəlb olunublar.
Müsahibə vasitəsilə seçiləcək 30 nəfər gəncin iştirak edəcəyi layihə 3 ay davam edəcək. 5 noyabr tarixində başlayacaq layihədə 17-26 yaş arası gənclər iştirak edə bilər. Layihədə iştirak üçün son müraciət tarixi 30 oktyabrdır.
Maraqlanan gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.

Layihənin informasiya dəstəkçisi İnterpress.az xəbər saytıdır

İnterpress.az