“Arxamda pullu kimsə dayanmayıb” – Mehriban Xanlarova – VİDEObackend

“Arxamda pullu kimsə dayanmayıb” – Mehriban Xanlarova – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa veriliş zamanı şou-biznes əhlinə xəbərdarlıq edib.

O bildirib ki, bu gündən etibarən onun barəsində mənfi fikir söyləyəni məhkəməyə verəcək:

“Heç bir şou əhli adımı çəkməsin. Bu onlara sonuncu xəbərdarlığımdır. Əgər birdə mənim adımı çəkmədən barəmdə təhqirlər yazan, sənətim barədə pis fikirlər bildirən tanınmışlar olsa, onlarla məhkəmədə görüşəcəyik. Əgər mənimlə məhkəmədə görüşmək istəmirlərsə, sakitcə yerlərində otursunlar. Mənim onlarla işim yoxdur. Onların da mənlə işi olmasın. Mən heç kəsin qapısını döyüb, kimdənsə çörək pulu istəmirəm. O məni yarışda görüb, ələ salana demək istəyirəm, nəyimi görmüsən ki, mənə ləçər və yaxud da başqa söz deyirsən?

Bəli, mən aktrisayam, özü də mükəmməl və özünə güvənən aktrisa. Şübhəniz varsa, mənə baxmayın. Heç kəsi buna məcbur eləmirəm. Mənim bostanıma daş atmasınlar ki, mən də onların bostanlarına daş atım. Elə bilirlər ki, nəsə desələr susacam. Barəmdə nəsə deyən olsa, məhkəməyə verəcəm. Adama deyərlər ilk öncə get öz sandığını aç, gör kimsən, daha sonra barəmdə nəsə de”.

Xanlarova \”Maşın\” şoudakı iştirakından danışıb. O bildirib ki, ona yarışda yalnız pərəstişkarları səs verib:

“Mənim arxamda pullu kimsə dayanmayıb ki, ona güvənim. Səsi yalnız mənə pərəstişkarlarım göndərirdi. Mən onlara güvənirdim”.

İnterpress.azhttps://youtube.com/watch?v=HclEIA6g9BU