Videobloger Aysel Şükürova və həyat yoldaşı haqda film çəkilirbackend

Videobloger Aysel Şükürova və həyat yoldaşı haqda film çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Missiya.aza istinadən xəbər verir ki, Aysel Şükürova bu barədə müsahibəsində bildirib.

\”Mən hesab edirəm ki, xəyallarım həmişə gerçəkləşir. Həmişə məşhur olmaq istəyirdim. Mənim sonrakı xəyalım Türkiyədə aktrisa kimi məşhur olmaqdır. Sizinlə bölüşəcəyəm. Bizim kino çəkilişləri tezliklə başlanacaq. Filmdə mənim bütün həyatım təsvir edilir. Aparıcı rollarda mən və mənim ərim olacaq. Bu mənim xəyalım idi\” – o qeyd edib.

Aysel Şükürova hazırda salonlara çəkilişlərə getdiyini açıqlayıb.

\”Mən insanları tədricən cəlb etməyə başladım. Hazırda mənə serialla və reklam çəkilişləri ilə bağlı təkliflər gəlir\”.

Qeyd edək ki, toy mərasimi yanvarın 21-də “Böyük Saray” da baş tutub. Qüdrət Şükürovun qızı Aysel Şükürova Oktay adlı şəxslə nikah masasına oturub. Toydan sonra isə cütlük barədə 400 min dollarlıq toy iddiası ölkə mediasının gündəmini zəbt edib. Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, foto və videoların paylaşılmasından sonra toy sosial şəbəkələrdə geniş müzakirə olunub.

İnterpress.az