Qazaxıstanda Dünya Axısxa Türkləri Birliyinin III qurultayı keçiriləcəkbackend

Qazaxıstanda Dünya Axısxa Türkləri Birliyinin III qurultayı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mərkəzi İstanbulda olan və beynəlxalq fəaliyyət göstərmək üçün qurulan \”Dünya Axısxa Türkləri Birliyi\”nin Başqanı Ziyaeddin İsmixanoğlu Kassanovdur.

DATÜB, 2009-cu ildə fəaliyyətə başlayan və 2010-cu ildə isə Türkiyədə Nazirlər Kabinetinin qərarı ilə rəsmi qurulan bütün ölkələrdə yaşayan Axısxa Türklərinin Birliyidir.

DATÜB’ün başlıca məqsədi 600 mindən çox Axısxalının dünyanın hansı bölgəsində yaşamasına baxmayaraq, onların hüquqlarını qorumaq, problemlərinə çarə tapmaqdır. Türkiyə, Qazaxıstan, Gürcüstan, Azərbaycan,

Ukrayna, Amerika, Özbəkistan, Qırğızıstan və Rusiyada təmsilçilikləri olan DATÜB, bu ölkələrdə yaşayan Axısxa Türklərinin yanında olmaqda, fəaliyyətlərini həyata keçirməkdədir.

Qurultaya 9 ölkədən (Türkiyə, Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Amerika, Gürcüstan) DATÜB bölgə təmsilçilərinin nümayəndələri, Türkiyə və Qazaxıstan dövlət orqanlarının yetkililəri, Qazaxıstan xalq Assambleyasının üzvləri, Qazaxıstan Axısxa Türk Kültür Mərkəzinin bölgə şöbələrinin təmsilçiləri, Axısxa Türklərinin bilimsəl ve yaradıcı aydınları, gənclər və media mənsubları qatılacaqlar.

Qurultay Hotel Kazakistan Grand Ball Room salonunda keçiriləcək.

İnterpress.az