“İlhamə Orxanı oxumağa qoymadı, getdiyi iş yerlərindən çıxartdırdı”backend

“İlhamə Orxanı oxumağa qoymadı, getdiyi iş yerlərindən çıxartdırdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Moskvada lentə alınan proqram “Lider” kanalında yayımlanır.

Aparıcı mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovdan danışıb. O bildirib ki, Orxan hazırda evsizdir:

“İlhamə illərlə sərvət qazandı, xalası qızının oğlunu övladlığa götürdü. Rəhmətə getdikdən sonra onun oğulluğu üsyan edir. İlhamə xanım dünyasını dəyişənfə bacı-qardaşı üzə çıxdı. Onunla on il dostluq etdik. İlhamə Orxanı oxumağa qoymurdu. İşə girirdi, qoymurdu, çıxartdırırdı. Deyirdi ki, işləyər, əli pula çatar məni unudar. Mənim yanımda qalsın, məndən asılı olsun. Sonda dünyasını dəyişdi. Vəsiyyətnamə yazmadı. Hər yerdə oğlum deyə təqdim edirdi, bu, kifayət etmədi. Bankda olan 300 min pulu bacıları götürüb. Maşını satıblar. Bircə evlər qalıb. Biri Tükəzban İsmayılovla Həbib müəllimə məxsusdur. Həbib müəllimin evinin Məzahirin qızlarına nə aidiyatı var? Orxanı İlhamə qoyub gedib. İndi Orxan evsizdir, çətin durumdadır. Ana dediyi insanın evində qonaq kimi müvəqqəti qalır. Sağlığında üzü görmədiyi bacılar İlhamənin mirasına sahib çıxıblar”.

Orxan Nadirov isə hazırda məhkəmə prosesinin davam etdiyini söyləyib:

“Hələ də məhkəmə davam edir. Amma mən düşünürəm ki, buna son qoymaq lazımdır. Bizim münasibətlərimiz əvvəldən yaxşı olub, düşmənçilik etməmişik. İradə xanımın (İlhamə Quliyevanın ögey bacısı – red.) uşaqları ilə də dost olmuşuq. Bizim aramıza girənlər oldu. Onlar öz istəklərinə nail olublar. Sevinməyə dəyməz. Hər başlanğıcın sonu olur. Hələ o tərəf alır, mənə heç bir pay verilmir. Anam ölən günü qızıllar girov qoyulub pul götürüldü. Onu İlhamə Quliyevanın dayısı oğlu Eldar geri aldı. Bilmirəm necə etdisə, pulu ödədi və qızılları götürdü. O qızılların dəyəri çox yüksək idi. 300 min pul mənim pulumdur, hesabda saxladım. İlhamə xanımın adına banka qoymuşdum. Mənə ev vermişdilər, satıb banka qoydum. Bunun sənədləri də var. Amma pulu onlar götürüb”. (axşam.az)

İnterpress.az