Görüşdə Dağlıq Qarabağ problemi müzakirə edilməyə bilməzdibackend

Görüşdə Dağlıq Qarabağ problemi müzakirə edilməyə bilməzdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında keçirilən görüşdə Dağlıq Qarabağ probleminin həlli məsələsinin müzakirə ediləcəyi gözlənilirdi. Ancaq görüşün sonunda keçirilən mətbuat konfransında Qarabağ adının belə çəkilməməsi, problemin müzakirə edilib, edilməməsi sualını ortaya çıxardı.

Prezidentlərin görüşündə Dağlıq Qarabağ probleminin həlli məsələsinin müzakirə olunub, olunmaması və XİN rəhbərlərinin aparacağı danışıqları politloq İlqar Vəlizadə \”Ölkə.Az\”a şərh edib:

\”Düşünürəm ki, Rusiya prezidenti Putinlə Türkiyə prezidenti Ərdoğanın görüşü zamanı Dağlıq Qarabağ problemi barədə danışıqlar aparılıb. Türkiyə prezidenti Ərdoğan Rusiyaya səfərə getməzdən öncə Putinlə görüş zamanı Dağlıq Qarabağ probleminin müzakirə ediləcəyini bildirmişdi. Ərdoğan bu sözü dediyinə görə, ən azı Türkiyə tərəfi bu məsələni müzakirəyə çıxarıb. Bütün hallarda Putinlə Ərdoğan arasındakı görüşdə Dağlıq Qarabağ probleminin həlli məsələsi müzakirə edilib. Fikrimcə, Rusiya prezidentinin təklifi ilə bu məsələni yekun mətbuat konfransında qabartmayıblar. Çünki bu çox həssas məsələdir. Ermənistanın və erməni cəmiyətinin mənfi reaksiyası ola bilərdi. Mənfi proseslərə yol verməmək üçün mətbuat konfransında bu barədə danışılmayıb.
Görüşün əsas məqsədi regional təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi idi. Ərdoğan Rusiyaya özü ilə böyük nümayəndə heyəti gətirmişdi. Regional təhlükəsizliklə bağlı müzakirə edilibsə, Dağlıq Qarabağ problemi müzakirə edilməyə bilməzdi. Azərbaycan və Ermənistan tərəfi durmadan silahlanır, Türkiyə Azərbaycanla birgə təlimlər keçirir, Rusiya Ermənistanda keçirilən təlimlərdə iştirak edir. Bütün bunları nəzərə almamaq olmazdı\”.

Görüşdə Dağlıq Qarabağ probleminin müzakirə edilməsinin daha bir sübutu isə görüşdən dərhal sonra Rusiya xarici siyasət idarəsinin rəhbəri Lavrovun Azərbaycan və Ermənistanlı həmkarları ilə görüşəcəyi barədə məlumatların yayılması oldu, deyən politoloq, bildirdi ki, prezidentlər danışıqlar zamanı hansısa razılıq əldə ediblər:

\”Prezidentlər razılıq əldə etdikləri üçün Lavrova göstəriş verilib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşsün. Öncə Elmar Məmmədyarov Moskvaya səfər edəcək, bundan sonra isə İrəvana yollanacaq. Görünən odur ki, danışıqlar prosesi davam edir\”.

İnterpress.az