“Ermənistan rəhbərliyi Avropa İttifaqı adından dezinformasiya yayır”backend

“Ermənistan rəhbərliyi Avropa İttifaqı adından dezinformasiya yayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq Mübariz Əhmədoğlu AzNews.az-a açıqlamasında Ermənistan tərəfinin bu ilin iyulun 5-də guya BMT komissiyalarında da “Dağlıq Qarabağ xalqının müstəqillik hüququnu” tanıyan sənədin qəbul olunduğunu dezinformasiya adlandırır:

\”Hər ikisi ağ yalandır. Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək barədə Azərbaycan və Ermənistanı məzmunlu öhdəlik götürməyə vadar etmək Avroparlamentin Avropa Şurasına tövsiyə qətnaməsinin əsas mahiyyətidir. Eləcə də bu qətnamədə:

– 2009-cu ilin Yenilənmiş Madrid prinsipləri əsas kimi qəbul edilir.

-Ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etmə prinsipindən əvvəldə göstərilir.

– Aİ-nin Ermənistanla əməkdaşlığı Dağlıq Qarabağ tənzimləməsində əldə olunan irəliləyişlə şərtləndirir.

– göstərilən sosial –iqtisadi inkişafın dayandığı ölkə də Ermənistandır.

-Ermənilərin sloqana çevirdiyi “A.Kaspişikin missiyasının genişləndirilməsi”, “Təhqiqat mexanizmlərinin yaradılması”, “Prezidentlərin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsi” frazaları yoxdur.

Aİ-nin sənədini saxtalaşdıran təkcə “Armenpress” deyil. Ermənistanda Aİ-nin sənədi prezident səviyyəsində saxtalaşdırılır; Prezident S.Sərkisyan Aİ ilə Ermənistan arasında çərçivə sazişində AES-in bağlanması barədə öhdəliyin olmadığını bildirdi. Aİ-nin yaydığı sənəddə isə bu var.

Vəziyyətdən çıxış yolu sadədir:

ı. Ermənistan Aİ ilə çərçivə sazişini imzalayarkən Dağlıq Qarabağı tərkib hissəsi etməyəcəyi, müstəqilliyini tanımayacağı və Dağlıq Qarabağın müstəqilliyinin tanınması istiqamətində fəaliyyətini dayandıracağı barədə öhdəlik götürməlidir. Ermənistan AİB-ə üzv olarkən bu öhdəlikləri götürüb və sonradan bunu verbal nota ilə təsdiqlədi. Aİ AİB-dən zəif qurum deyil.

ıı. Digər üzv dövlətlər kimi Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyi tam dəstəklənməli, Dağlıq Qarabağ məsələsi bu əsasda həll olunmalıdır. Bu məsələnin Brüssel sammitinin Yekun sənədində əksini tapması üçün Aİ ciddi siyasi iradə nümayiş etdirməlidir.

ııı. Kataloniyanın separatçı rəhbərlərinə qarşı İspaniyanın davranışının Aİ-nin Yekun sənədində presedent və nümunəvi davranış kimi təsbit olunmalıdır. K.Puçdemona nisbətən separatçı Dağlıq Qarabağın de-fakto rəhbərləri olmuş R.Koçaryan, A.Qukasyan və indiki de-fakto rəhbər B.Saakyan daha qatı çinayətkarlardır. Beynəlxalq hüquq normalarını tanımayan bu şəxslər yerli ermənilərə də zülm etmişlər və edirlər.

Bu halda Ermənistanın dövlət səviyyəsində Aİ istiqamətindəki yalanlarının qarşısını almaq olar.

Aİ Ermənistan üzrə işləyən və işləmiş rəsmilərini korrupsiya məsələsinə görə testdən keçirsə, bu Aİ-nin Cənubi Qafqazda mövqeyini gücləndirə bilər\”.

İnterpress.az