“Aprel qəhramanlarının xatirəsinə həsr edilmiş intellektual yarış” keçirilibbackend

“Aprel qəhramanlarının xatirəsinə həsr edilmiş intellektual yarış” keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress..az-a daxil olan məlumata görə, layihənin əsas məqsədi gənclərə aprel döyüşləri haqqında həqiqətlərin çatdırılması, aprel döyüşlərinin qəhrəmanlarının cəmiyyətdə tanıdılması, aprel döyüşçülərinin şücaətinin gənclər arasında təbliği və s. kimi istiqamətləri əhatə edən intellektual yarışlar vasitəsi ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.

Layihə çərçivəsində öncə ayrı-ayrı universitetlərin tələbələri məlumatlandırılıb. Bir neçə universitetin gənclərindən ibarət 20-dən artıq komanda müəyyənləşdirilərək intellektual yarışa cəlb edilib. Yarış Bakı şəhərində keçirilib.
Tədbiri giriş sözü ilə açan \”İpək Yolu Qloballaşmaya Dəstək” İB-nin sədri Aqil Əsədov 2016-cı ilin aprel ayında ordumuzun əsgər və zabitlərinin qəhramanlıqları, onların düşmən üzərində sarsıdıcı qələbəsindən söhbət açıb. Gənclərimizin bu tarixi qələbənin qazanılmasında canını qurban vermiş igidlərimizi daim xatırlamağa onların döyüş yolunu örnək seçməyə və təbliğ etməyə çağırıb. Tədbirdə iştirak edən gənclər də öz növbəsində şəhidlərimizin qəhrəmanlıqlarından geniş söhbət açıblar.

Daha sonra intellektual yarış keçirilib. Qalib komandalar mükafatlandırılıb. İştirakçılara sertifikatlar verilib. Növbəti mərhələdə layihədə nəzərdə tutulduğu kimi qalib komandaların üzvləri və yarışmada aktiv iştirak edən ümumilikdə 30-a yaxın gəncin Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. Layihə iştirakçıları öncə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
İştirakçılar Cocuq Mərcanlı kəndində yeni tikilmiş məktəbdə olaraq müəllim və şagirdlərə, kənd ictimaiyyəti ilə görüşüblər. Görüşdə ordumuzun qəhrəmanlıqlarından kəndin erməni nəzarətindən azad edilməsindən geniş söhbət açılıb. Sakinlər kənd azad edildikdən sonra Cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq mərcanlı kəndinin yenidən qurulduğunu, məktəb , məscid və onlarla inzibati binalar tikildiyini geniş infrastruktur yaradıldığını, iş yerləri açıldığını və bu prosesin sürətlə davam etdiyini minnətdarlıqla bildiriblər. Daha sonra gənclər Cocuq mərcanlı kəndində görülən işlərlə yaxından tanış olublar.

İnterpress..az