Fransada Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə tədbir keçirilib – FOTObackend

Fransada Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə tədbir keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd öz dədə-baba yurdlarını ziyarətə gedərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının bərpa olunması olub.

Tədbirdə Fransa ictimaiyyətinin nufuzlu nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

Çıxış edən natiqlər Ermənistanın işğala son qoymasını, Dilqəm və Şahbazın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirdilər.

Bildirilir ki, erməni lobbisinin konfransın baş tutmaması üçün bütün çirkin vasitələrə əl atmasına baxmayaraq, tədbir çox yüksək səviyyədə işini başa vurub. Tədbirdə \”HİLAL\” ictmai birliyinin rəhbəri Arzuman Abdulkərimov, QHT forumu diasporla əlaqə departamentinin rəhbəri İlqar ilkin, beynəlxalq təşkulatlatların nümayəndələri geniş nitq söyləyiblər.

Fransada Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə tədbir keçirilib - FOTO

Fransada Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə tədbir keçirilib - FOTO

Fransada Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə tədbir keçirilib - FOTO

İnterpress.az