“Cavan” “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinin bağlanış mərasimi keçirəcəkbackend

“Cavan” “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinin bağlanış mərasimi keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a “Cavan” Gənclər Hərəkatı İctimai Birliyindən verilən məlumata görə 20 dekabr tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və YARAT Müasir İncəsənət Məkanının (Yarat! Contemporary Art Space) təşkilati dəstəyi ilə “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinin bağlanış mərasimi baş tutacaq.

6 noyabr 2017-ci il tarixində start götürmüş və iki ay müddətində davam edən “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsi Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun maliyyə dəstəyi, ASAN Könüllüləri / ASAN Volunteers Təşkilatı, Elektron Hökumət (e-gov.az) Təlim-Tədris Mərkəzi, STEP IT Academy Baku (Azerbaijan) və Femmes Digitales – Azərbaycan Qadınlarının İKT klubunun təşkilatı dəstəyi ilə həyata keçirilib.

Layihədə nitq və eşitmə imkanları məhdud 16-26 yaş arası İKT sahəsinə marağı və minimal bilikləri olan 20 gənc xanım iştirak edib. 12 təlimdən ibarət olan layihədə gənclərə kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası, e-hökumət və s. təlimlər keçirilib.

Qeyd edək ki, layihənin məqsədi gələcəkdə İKT sahəsində peşakar səviyyədə çalışmaq istəyən nitq və eşitmə imkanları məhdud qızlara dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

İnterpress.az