Fazil Mustafanın yeni kitabı çapdan çıxıbbackend

Fazil Mustafanın yeni kitabı çapdan çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fazil Mustafanın sözlərinə görə, \”Sağlam düşüncə alternativi\” adlanan kitab son bir ildə yazılmış çeşidli mövzulara aid məqalələr toplusudur: \”Bu, mənim sağlam düşüncəni, fərqli düşüncəni anlayan insanlara bir ərməğanımdır. Yaxın günlərdə müxtəlif kitab evlərinə paylanacaq. Ayrıca təqdimatını da düşünürəm. Ola bilsin ki, təqdimat ləngidi, çünki başqa bir kitabımın da yaxın həftələrdə nəşriyyata təqdim olunması planlaşdırılıb. Son bir ildə nəşr olunan üç kitabın birlikdə təqdimatını keçirmək bəlkə daha məqsədəuyğundur\”.

Qeyd edək ki, bu, Fazil Mustafanın sayca 19-cu kitabıdır. Kitabın redaktoru APA TV-nin Xəbər müdiri, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.

İnterpress.az