“Gənc Bələdçi Modeli” adlı layihə yekunlaşdı – FOTObackend

“Gənc Bələdçi Modeli” adlı layihə yekunlaşdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, layihənin əsas məqsədi gənc bələdçilərin turizmin inkişafında rolunun artırılması üçün onlara lazımı bacarıqları öyrətmək, xüsusi kurs və seminarlar vasitəsilə maarifləndirmək, tarixi və təbiət abidələrinə ekskursiyalar təşkil etməklə təcrübə qazandırmaq, turistlərlə ünsiyyət qaydalarını öyrətmək və yerli gənclərin bu sahədə sosial aktivliyini artırmaqdır.
Layihənin icra planına əsasən birinci mərhələdə sosial media və universitetlərin tələbə gənclər təşkilatları vasitəsilə iştirakçı seçimi üçün elan paylaşılıb. Turizmə marağı olan, özünü bu istiqamətdə inkişaf etdirmək istəyən, ən azı 1 xarici dil bilən gənclər təşkilata müraciət edərək qeydiyyatdan keçiblər. 150 nəfərdən çox qeydiyyatdan keçmiş gənclərlə müsahibə aparılıb və ən yaxşı 20 gənc layihədə iştirak haqqı qazanıb.
Layihə çərçivəsində gənclər peşəkar ekspertlərin iştirakı ilə təlimlərdə iştirak edib, Bakı və ətraf kəndlərdə yerləşən muzey və tarixi abidələri ziyarət edib, müxtəlif səfirlikləri ziyarət edib Azərbaycana gələn turistlərin yerli mədəniyyətləri ilə tanış olub, Quba, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki istiqamətində səfərlərdə iştirak ediblər. Layihə çərçivəsində əldə edilmiş bilikləri möhkəmləndirmək üçün gənclər 4 komandaya bölündü və hər bir komandaya 1 istiqamət üzrə tur təşkil etmək tapşırığı verildi. Kənardan dəvət olunmuş ekspertlərin iştirakı ilə keçən turlar gənclər üçün böyük təcrübə oldu.
Layihəni uğurla bitirən gənclərə sertifikat verildi və hal-hazırda onların işlə təmin olunmasında köməklik göstərilir.

“Gənc Bələdçi Modeli” adlı layihə yekunlaşdı - FOTO

“Gənc Bələdçi Modeli” adlı layihə yekunlaşdı - FOTO

“Gənc Bələdçi Modeli” adlı layihə yekunlaşdı - FOTO

“Gənc Bələdçi Modeli” adlı layihə yekunlaşdı - FOTO

“Gənc Bələdçi Modeli” adlı layihə yekunlaşdı - FOTO

“Gənc Bələdçi Modeli” adlı layihə yekunlaşdı - FOTO

İnterpress.az