Mİlla südündən maliyyə maxinasiyası – İSTEHLAKÇILAR BELƏ ALDADILIRbackend

Mİlla südündən maliyyə maxinasiyası – İSTEHLAKÇILAR BELƏ ALDADILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan mediasının tanınmış siması Azər Həsrət süd məhsullarının süni olaraq bahalaşmasını özünün rəsmi facebook səhifəsində tənqid edərək KİV-lərdən bu məsləni araşdlrmağı xaiş edib.

İnterpress.az olaraq həmin paylaşımı olduğu kimi təqdim edirik.

\”Media əhlindən rica: bu məsələni araşdırmaqda yarar var.
Yeni il öncəsi bayram bazarlığı edirdik. Həmişə aldığım Milla südünü alanda gördüm ki, qiyməti yüksəlib. Özü də nə az, nə çox, düz 20 qəpik. Bir həftə öncə 1,39 manata olan südü Bravo indi 1,59 manata satırdı. Həmin axşam Xəzər TV-də rayonların birindən südün qiyməti ilə bağlı reportaj verildi. Təsadüfən. Süd satan vətəndaş deyirdi ki, qapımda sağdığım südün qiyməti düşüb. Yəni Milla kimi istehsalçılar vətəndaşdan aldıqları süd üçün daha az pul ödəməyə başlayıblar. Amma öz məhsullarının qiymətini ciddi şəkildə artırıblar. Bir izah verən tapılacaqmı? Yeri gəlmişkən, qiymət hələ də yüksək olaraq qalır…
Sözardı: Bu süd istehsalçıları bizə bu qiymətə satqıqları südü kəndlidən 20-30 qəpiyə alırlar…

Mövzunu davam etdirəcəyik.

İnterpress.az