Bakıda “Oba” marketin müdirini bıçaqladılarbackend

Bakıda “Oba” marketin müdirini bıçaqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində yerləşən “Oba” marketdən ərzaq məhsullarını oğurlamağa cəhd edən Lənkəran sakini, 1981-cı il təvəllüdlü Sadıqov Emil Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 15-ci Polis Bölməsində aparılan araşdırma zamanı onun E.Mehdiyev küçəsində yerləşən “Oba” marketin müdiri F.Ələkbərova bıçaqla xəsarət yetirdiyi və buna görə Sabunçu RPİ-nin 12-ci PB tərəfindən axtarışda olduğu müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

Interpress.az