ABŞ səssizcə Şimali Koreya ilə müharibəyə hazırlaşır-“The New York Times”backend

ABŞ səssizcə Şimali Koreya ilə müharibəyə hazırlaşır-“The New York Times”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “ABŞ ordusunun bütün hərbi hissələrində zabit və əsgər heyəti istəmədikləri müharibəyə hazırlaşırlar”. Belə bir iddia “The New York Times” qəzetinin icmalçıları, Helen Kuper, Tomas Gibbons-Neff və Con İsmeyin birgə müəllif olduqları yazıda ortaya atılıb.

Yazıda deyilir:

“Keçən ay Şimali Karolinada Fort-Breqq hərbi bazasında 48 “Apaçi” helikopteri “Çinuk” ağır nəqliyyat helikopterləri ilə birlikdə havaya qaldırılıb. Bu cür irimiqyaslı təlimdə hərbi qulluqçuların və təchizatın hücum hədəflərinə yönəlik döyüş əməliyyatı ilə bağlı hərəkət qabiliyyəti yoxlanılıb.
İki gün sonra isə Nevada səmasında 82-ci hava desant diviziyasına mənsub 119 əsgər C-17 hərbi nəqliyyat təyyarəsindən qaranlıq şəraitdə hərbi müdaxilənin simulyasiyasını həyata keçirmək üçün paraşütlə yerə endirilib.
Keçən aydan eitbarən ehtiyatda olan min əsgər səfərbərlik mərkəzlərinin yaradılması üçün praktika keçir.
Cənubi Koreyanın Pxençxan şəhərinə keçriləcək Qış olimpiadası zamanı isə Pentaqon xüsusi təyinatlı qüvvlərini Koreya yarımadasına yeritməyi planlayır. Bu qüvvələrə Suriya və İraqda olduğu kimi, Koreyada da operativ qrupların yaradılmasının ilkin mərhələsi rolunda çıxış edə bilər”.

ABŞ səssizcə Şimali Koreya ilə müharibəyə hazırlaşır-“The New York Times”

Məqalədə həm müdafiə naziri Ceyms Mettisin, həm də silahlı qüvvələrin qərargah rəisləri birgə komitəsinin sədri (baş qərargah rəisi-red.) general Cozef Danfordun Pxenyanın atom ambisiyaları ilə mübarizədə yalnız diplomatik metodlardan yana olduğu vurğulanır. Mettis özü Şimali Koreya ilə savaşı fəlakət olaraq dəyərləndirib.

Hər halda hərbi təlimlərin Mettis və baş qərargah rəisinin əmri əsasında, Koreya yarımadasında istənilən ssenariyə hazır olmaq məqsədilə keçirildiyi açıq-aşkar görünür.

ABŞ səssizcə Şimali Koreya ilə müharibəyə hazırlaşır-“The New York Times”

Ceyms Mettis və Cozef Danford

Pentaqon rəsmiləri ABŞ quru qoşunları (The Army-red.) qərargah rəisi general Mark Millinin bu yaxınlarda həyata keçirdiyi görüşlərdə tez-tez ABŞ ordusunun tarixinin iki fəlakətli epizodunu xatırlatdığını qeyd edirlər.

Bunlardan birincisi 2-ci dünya savaşı, ikincisi isə Koreya müharibələridir.

Mark Milli quru qoşunlarının yüksək rütbəli rəhbərlərini briqadalardakı döyüş hazırlığını yüksəltməyə və onları sayıqlığı itirməməyə çağırıb.
“Ordunun əsas işi elə üfüqdə görünməz və ya görünə biləcək istənilən şəraitə hazır olmaqdır”. Obama dövründə Pentaqonun yüksə vəzifəli rəsmisi olmuş və hazırda Vaşinqtonda fəaliyyət göstərən “WestExec Advisors” strateji konsaltinq şirkətinin eksperi Mişel Flurnoy məqalə müəlliflərinə bildirib.

“Məsələn, Nevadada 82-ci hava desant diviziyasının təlimləri zamanı helikopterlərlə paraşütçülərin gətirilməsi, habelə düşmən sərhədi olaraq bilinən xəttin dərinliklərinə qədər artilleriya, yanacaq və döyüş təchizatının yerləşdirilməsi məşq etdirilib. Manevrlər düşməni savaşın elə ilk günlərindən müxtəlif cəbhələrdə vuruşmağa məcbur emtək üçün keçirilib. “Panthera Blade” , yəni “Panteranın caynağı” adlandırılan bu taktika dünyanın hər yerində istifadə olunmaq üçündür”, – yazıda qeyd olunur.

ABŞ səssizcə Şimali Koreya ilə müharibəyə hazırlaşır-“The New York Times”

Məqalə müəlliflərinin fikrincə, İraq müharibələrindən fərqli olaraq Pentaqon bu hazırlıqların detallarını açıqlamaqdan boyun qaçırıb.

Yazıda Müdafiə Nazirliyinin Şimali Koreya lideri Kim Çen Inın yeni təxribatlara sövq etməmək naminə belə bir addım atdığı qeyd olunur.

İnterpress.az