Bu şəxslərə Azərbaycanda torpaq satılması qadağandırbackend

Bu şəxslərə Azərbaycanda torpaq satılması qadağandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Femida.az-a hüquqşünas Vüqar Səfərli bildirib.

Hüquqşünasın sözlərinə görə,əcnəbi şəxsin qohumu Azərbaycan vətəndaşıdırsa, vərəsəlik qaydasında ona torpaq qalıbsa, 1 il müddətində həmin xarici vətəndaş torpağını özgəninkiləşdirməlidir.

“Heç bir əcnəbi Azərbaycanda torpaq sahibi ola bilməz. Həmçinin bu qanuna əsasən əcnəbilər Azərbaycanda həyət evi ala bilməz. Çünki həmin ev hansısa torpaq üzərində tikilir, o evə çıxarış verilir və həmin evin altındakı torpaq da xüsusi mülkiyyətə daxil olur. Bu baxımdan əcnəbi həyət evi ala bilməz”deyə Vüqar Səfərli bildirib.

Bu, o deməkdir ki, xarici ölkənin vətəndaşları respublika ərazisində xüsusi mülkiyyət hüququ əldə edə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının ərazisində torpaq sahəsi istisna olmaqla, digər daşınmaz əmlakları (manzil, fərdi ev və s.) ala bilərlər.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Əmlak Komitəsindən də münasibət öyrəndik.

Komitədən bildirdilər ki, qanunvericiliyə görə, xarici vətəndaşlar yalnız bizim ölkədə qazandığı kapitalla torpaq ala bilərlər. Xarici kapitalla torpaq almaqsa qanunla qadağandır.

İnterpress.az