Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmirbackend

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Perm vilayətinin Solikamsk şəhərinin diaspora sədri Əfəndiyev Uğur İnterpress.az saytına müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Uğur bəy ilk öncə özünüz və rəbərliy etdiyiniz təşkilat haqqında məlumat verin zəhmət olmasa.

Mən Əfəndiyev Uğur Rafail oğlu 1973-cü ildə Fizuli rayonunda anadan olmuşam. 1989-cu ildə orta məktəbi bitirib 1989-cu ildə Azərbaycan İnşaat Mühəndislər Universitetinə daxil olmuşam. 1994-cü ildə həmin universiteti bitirib 1996-cı ildə Perm vilayetinə gəlmişəm. Hal-hazirda Perm vilayətinin Solikamsk şəhərində yaşayıram. 2014-cü ildən Solikamsk şəhərində Azərbaycan diasporasının sədr vəzifsində fəaliyət göstərirəm .

– Xaricdə yaşayan azərbaycanlıların indiki durumu, ümumiyyətlə, fəaliyyətləri nə yerdədir?

Bu gün xaricdə yaşayan azərbaycanlılarla iş dövlət səviyyəsində müsbət istiqamətdə qurulub və dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız Azərbaycan dövləti və onun prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altındadır. Ümumiyyətlə, xarici ölkələrdə yaşayan azərbaycanılılar hər zaman Azərbaycan dövlətinin diqqət yetirdiyi məsələ olub. Bizim şəhərimizdə soydaşlarımız çox aktivdirlər. Hər hansı bir tədbir zamanı, həmvətənlilərimiz bir araya yığışmağı bacarır. Ümumiyyətlə isə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ciddi işlər görürük. Elə bir tədbir yoxdur ki, Azərbaycan diasporası və onun rəhbərliyi ora dəvət almasın. Biz istər Novruz bayramı istər də digər tədbirləri keçirərkən hökmən yerli millətləri nəzərə alırıq. Elə edirik ki, bu bayram tədbirləri onları cəlb etsin. Təkcə adət-ənənələrimiz, milli geyim, milli musiqi ilə deyil, həm də milli mətbəximizlə də vətəndaşları tanış edirik. Mütəmadi olaraq burada olan uşaq evlerine, xəstəxanalara, qocalar evine yardım göstəririk, idman yarışlari təşkil edirik və s.

-Rusiyada azərbaycanlıların yerli mühitə, xüsusilə inzibati və seçkili orqanlara inteqrasiyası necədir?

Rusiyada yaşayan azərbaycanlıların yerli muhitə, inzibati və seçkili orqanlara inteqrasiyası gedir. Lakin bu sahədə hələ çox işlər görmək lazımdır. Bu gün diasporamızda cavan, savadlı, işgüzar, intellekt səviyyəsi yüksək olan gənclər var və ümüdvaram ki, onların köməyi ilə gələcəkdə bu proses daha da güclənəcək.

– Rusiyada son vaxtlar miqrantlara qarşı qanunlar sərtləşdirilib. Miqrantlar arasında arasında azərbaycanlılarda az deyil. Bu məsələdə reallıq nədən ibarətdir? Ümumiyyətlə, Rusiyada oturum almaqla bağlı son durum, hazırkı şərtlər ilə bağlı reallıq necədir?

Dünyada baş verən terror hadisələrinə görə Rusiya dövlətində də miqrantlara qarşı qeyri-adi qanunlar qəbul edilib. Buna baxmayaraq miqrasiya qanunlarında tam aydın və açıq proseslər gedir. Ölkənin qanunlarına riayət edən hər bir şəxs tam şəkildə yaşamaq və əmək fəaliyəti göstərmə sənətini əldə etmək hüquqlarına malikdir. Çətinliklər var amma bunları arafan qaldırmaq mümkündür. Bu işlərdə diasporaların köməyi az deyil. Mehkeme islahatları Rusiyada milliyətindən asılı olmayaraq hər bir şəxsə müdafiə hüququ verilir .

-Rusiyadakı azərbaycanlıların diaspor fəaliyyəti barədə nə deyə bilərsiniz?

Rusiyada yaşayan azərbaycanlıların diaspora haqqında geniş danışmaq olar. Mən şəxsən özüm 2014-cü ildən yaşadığım Solikamsk şəhərinin Azərbaycan diasporasının sədriyəm. 100 min əhalisi olan bu şəhərdə 1000-ə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti diaspora fəaliyətində yaxından iştirak edirlər.

Biz Azərbaycanda gedən bütün prosesləri buradan diqqətlə izləyirik. Dövlətimizin yaxından tanınması üçün əlimizdən gələni əsirgəmirik. Bütün milli bayramlarıməzə yüksək səviyyədə qeyd edirik. Bütün tədbirlərə yerli hökumət orqanları və yerli əhali dəvət olunur və canla başla iştirak edirlər. Tariximizi yaxından tanımağa maraq görsədirlər. Əsas fəaliyyətimiz burada yaşayan həmyerlilərimizin hüquqlarını qorumaq, Azərbaycan həqiqətlərini geniş kütləyə çatdırmaqdır. Düzdü işlərimizdə çətinliklərimiz var, may ayından BAK fəaliyyətinin dayandırılmasına baxmayaraq biz öz fəaliyyətimizi davam etdiririk. Həmyerlilərimizin problemlərini hell etmek üçün yerli hakimiyyət orqanları ilə təmasda oluruq. Azərbaycandan uzaqda yaşasaqda biz her zaman ölkəmizlə fəxr edirik. Ulu öndərimizin sözü ilə desək \”Mən fəxr edirəm ki, azərbaycanlıyam.\”

-Son vaxtlar mətbuatda, xüsusilə sosial şəbəkələrdə Azərbaycan diasporunun xüsusən Rusiyadakı diasporumuzun fəaliyyəti tənqid olunur. Ümumiyyətlə, xaricdə azərbaycanlılar arasında birliyin yaranmasına əngəl olan nədir, hansı meyarlar ayrı-seçkilik yaradır, problem nədir?

Biz tənqidlərə diqqətlə yanaşır, onlardan nəticə çıxarmağa çalışırıq. Hal hazırda diaspora təşkilatlarının koordinasiyası, qarşılıqlı əməkdaşlıq şəraitində optimal fəaliyyət formalarının müəyyən edilməsi məsələləri ön plana çıxır. Diasporanın potensialından səmərəli istifadə edilməsi məhz daha optimal təşkilatlanma, daxili həmrəylik və yerli şəraitə daha yaxşı adaptasiya səviyyəsi ilə əlaqəlidir. Bu proseslərin əlaqləndirilməsi və nizama salınması hazırda strateji vəzifələr kimi qarşımızda durur. Diaspor daxilində vətənimizin, dövlətimizin irəli sürdüyü vahid dəyərlər sisteminin, həmrəyliyin təmin olunması, optimal təşkilatlanma və məskunlaşma ölkəsində daha yaxşı adaptasiya, effektiv qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması bu vəzifələrdəndir.

-Avropanın bəzi parlamentariləri, siyasiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycanla bağlı ziddiyyətli bəyanatlar səsləndirirlər, lakin 25 ildən artıqdır torpaqlarımızı işğal altında saxlayan Ermənistana ciddi irad tutmurlar. Uzun illər xaricdə yaşayan bir azərbaycanlı kimi bunu necə dəyərləndirirsiniz?

Azərbaycan üzərində ikili standartları ən çox hiss edən ölkədir. Bütün Qərb və Avropa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Dağlıq Qarabağdakı separatçı rejimə son qoyulmasına, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına laqeyd yanaşır, ikili standartlardan çıxış edir. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edib bu qətnamələrin yernə yetirilməsi üçün heçnə etməyən Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir. Bu istiqamətdə Dövlətimiz tərəfindən aparılan böyük işlər danılmazdır. Bu işdə diasporanın da rolu əlbəttə ki, var. Əsasən də 2016-cı il aprel döyüşlərindən sonra bütün dünya anladı ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə də qaytarmağa qadirdir və bütün xalqımız, içində əlbətdə ki, xaricdə yaşayan azərbaycanlılar da olmaqla, hörmətli Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək bunu sübut etdi.

-Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması üçün hansı metodlardan istifadə edərdiniz?

Bildiyimiz kimi \”internet dövrüdür\”. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması üçün internetdən, sosial şəbəkələrdən geniş istifadə olunmalıdır. Düzgün qurulub aparılan informasiya müharibəsində qalib gəlmək elə qələbənin yarısıdır. Qarabağ həqiqətlərinin Beynəlxalq ictimayyətə düzgün çatdırılması üçün hər birimiz çalışmalıyıq, bunun üçün hər birimiz bir əskər kimi ilk növbədə informasiya müharibəsində vuruşub, qalib gəlməliyik.

-Gələcək planlarınız nədən ibarətdir?

Hər il olduğu kimi bu il də biz bütün milli bayramlarımızı Novruz, Ramazan və s. yüksək səviyyədə keçirtməyi planlaşdırırıq, müəllimlər arasında müsabiqə keçirib, Azərbaycanı tanıtmaq məqsədi ilə, qalibi Bakıya göndərəcəyik, uşaq, qocalar evlərinə, xəstəxanalara yardımlar edəcəyik və s. Bu artıq ən-ənə halını alıb. Azərbaycan prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı deyib ki, \”xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Birlik əsas məsələdir.\” Biz bu sözləri şüar kimi qebul etmişik. Dövlətimizin, Prezidentimizin bizim, diaspora olaraq qarşımıza qoyduğu bir çox məsələlər var və biz bu işləri görmək üçün canla-başla çalışacağıq.

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

Diaspor sədri: Ermənistana təəssüf ki, heç bir təzyiq göstərilmir

İnterpress.az