Əsəbləşəndə çox yeyənlərin dərdi – BULİMİYAbackend

Əsəbləşəndə çox yeyənlərin dərdi – BULİMİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bulimiya nədir?
Həyatın hər hansı mərhələsində istər böyük, istər kiçik neqativ hadisə, hiss, uğursuzluq, üsyan, tənhalıq, ayrılıq, itki xəstəliyi işə salır. Narahatlığı, təşvişi yüngülləşdirmək üçün insan qaydasız, sərhədsiz, vaxtsız-vədəsiz, demək olar ki, əlinə keçəni yeməyə başlayır. Hətta qidanı çeynəmədən sürətlə udur. Bu hal ilk əvvəl onu narahat etmir. Amma çəkisi artdıqca və yolda, küçədə belə gözü yemək axtaranda bu halından utanmağa başlayır, ətrafın qınağından, gülüş hədəfi olacağından qorxur. Piylənmə və çəki artımından qorunmaq üçün bulemiyalı insanlar mədə-bağırsağını yumağa, təmizlətməyə can atır, süni olaraq qusma effekti yaradır, sidikqovucular, qarınişlədicilər, çəki atan dərmanlar atmağa başlayır. Çox hallarda qonaqlıqda, restoranda, evdə yemək yeyir və bitəndən sonra çox yediyini düşünərək, tualetə qaşır, barmağını qida yoluna salıb özünü qusdurur. Belə adamlar qusmağa da meyilli olur.
Bulimiyalı insanları anoreksiya və piylənmədən əziyyət çəkən insanlardan fərqləndirmək, ayırmaq çətindir. Çünki çox zaman normal çəkidə, görünüşdə olurlar.

Bulimiyalı pasiyentlər özlərinə nəzarəti itirə bilir: onları heç kim yola gətirə bilmir, təkcə yeməyi yox, içki, nikotin və alkoqolu da çox qəbul etməyə meyilli olurlar. Digər stereotip davranışlardan mağaza və marketdə kiçik oğurluqlar və intihara meyilli olmağı misal göstərmək olar.

Bulimiyanın inkişaf səbəbi:
-Stress, depressiya
-Özünü dəyərsizləşdirmə
-Baş beyində kimyəvi maddələr və hormonların disbalansı
-Irsi, genetik

Əlamətləri:
-Diş emalının dağılması, damar problemləri
-Bədənin susuzlaşması
-Barmaqlarda cızıqlar, zədələr
-Udlaq və qida borusunda iltohab
-Mineral və duz dibalansına görə tez-tez əzələ qıcolması və ayaqların uyuşması
-Bağırsaq pozğunluğu
-Böyrək və qaraciyərin funsksiyasında pozulmalar
-Menstrual tsiklin pozulması
-Ürəkdə zəiflik

Nə etməli?
Əgər özünüzdə və ya yaxın insanda bu kimi əlamətlər varsa, məvburi şəkildə terapevt və nevropatoloq müayinəsinə getməlisiz. Çox zaman xəstə özü bulimiya olduğunu bilmir, həkimə getmək istəmir, o zaman başqa bir bəhanə ilə onu həkimə cəlb etmək lazımdır.
Bulimiya əlamətlərini təsdiq edən həkim dietroterapiya təyin edir. Xəstəyə antidepressantlar yazılır və psixoterapiya seansları keçirilir.

Güclü psixoterapevt hipnoz vasitəsilə xəstənin qarşısı alınmaz iştahını kontrol edə bilir. Yaxşı olar ki, bulimiyalı insanın ailəsi də səfərbər olsun. Çünki ailə bu adama nəzarət etməsə, o özünə kömək etməyəcək.

Profilaktika
Çox zaman xəstəliyin kökü ailədə, uşaqlıqdan qoyulur. Ailədə sağlam psixoloji ab-hava olmalı, uşaqlara yeməklə cəza və ya mükafat vermək olmaz. Əgər uşaq yeniyetməlik vaxtı öz çəkisi və bədənindən utanırsa, valideyn mütləq onun pəhrizinə diqqət etməlidir. Uşağın qida qəbulu arasındakı vaxt, yeməyin miqdarı və uşağın həyat tərzi korrektə olunmalıdır. Həmçinin uşaqda dərman qəbuluna qarşı etinasızlıq yaratmaq olmaz. Bəzən valideynlər uşağa dərmanları sevdirir, lazım oldu olmadı dərman verir. Uşaqda dərmandan ehtiyat etmək hissi olmur. Ona görə gələcəkdə bulimiya halında dərman qəbuluna da meyillik yaranır. (medicina.az)

İnterpress.az