Politoloq: “Beynəlxalq aləm Suriya probleminin əlində aciz qalıb”backend

Politoloq: “Beynəlxalq aləm Suriya probleminin əlində aciz qalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya iqtisadiyyatı üçün Davos İqtisadi Forumu nədirsə, dünya təhlükəsizliyinin bütün aspektlərinin müzakirə müstəvisi baxımından Münhen Konfransı da odur\”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, konfransa hər il olduğu kimi, onlarla dövlət başçısı, baş nazir, müdafi naziri, deputat və ekspertlər qatılıblar: \”Konfransda əvəlcədən razılaşdırılan çıxışlar olur, ancaq toplantının əsas əhəmiyyəti həyata keçirilən minlərlə qeyri-rəsmi müzakirələrdədir. Məhz bu müzakirələrdə ortaq nöqtələr tapılmağa çalışılır.

Buna baxmayaraq, dünya o qədər qarışıb və təhlükələr o qədər artıb ki, bir konfransla bunları yoluna qoymaq mümkün deyil. Elə təkcə Suriya nümunəsini göstərmək kifayətdir. Bu dövlət faktiki poliqona çevrilib, burada daha kimlər yoxdur – DAİŞ, \”Əl Nusra\”, PYD, YPG və onlarla başqa terrorçu təşkilatlar, ABŞ, Rusiya, İran və Türkiyə hərbçiləri də oradadır, İsraillə \”Hezbollah\” arasındakı toqquşmalar da tədricən bu əraziyə inikas olunub. Bir sözlə, beynəlxalq aləm Suriya adlı problemin əlində aciz qalıb\”. (sia.az)

İnterpress.az