Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Sərkisyanı Münhen konfransına dartıb aparan əsas motiv – politoloq rəyi

Fevralın 16-17-si tarixlərində Bavariyanın paytaxtında təhlükəsizlik üzrə növbəti, 54-cü Münhen konfransı işə başlayıb. Konfransda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Ümumilikdə isə bu il forumda 500-dən çox qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı, 80-ə yaxın xarici işlər və müdafiə nazirləri iştirak ediblər.

Dərc edilib: 19 fevral 2018 [12:45]
Baxış sayı: 13857

Ötən illərdən fərqli olaraq Münhen Təhlükəsizlik Konfransında Ermənistanın prezidenti Sərkisyan da iştirak edib və o çıxışında Türkiyə ilə sərhədlərin bağlı olması məsələsinə də toxunub. Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistan prezidenti Serj Sərkisyana suallarla müraciət edib. Virtualaz.org-un xəbərinə görə, Azərbaycan diplomatı çıxış edən Sərkisyana müraciət edərək qeyd edib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb.

Diplomat bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib. Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistan işğal edilmiş əraziləri azad etməli, qaçqınlar öz evlərinə qayıtmalıdırlar və Ermənistan regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər.

Serj Sərkisyan səslənən fikirlərə birbaşa cavabdan yayınıb və Ermənistanın iqtisadi inkişafından danışmağa başlayıb. Lakin o, öz çıxışını tamamladıqdan dərhal sonra Sədi Cəfərova yaxınlaşıb və Azərbaycan dilində soruşub: "Haralısan?". Gənc diplomat cavab verib ki, Qarabağ sakinidir. Bundan sonra Sərkisyan susub və tədbirin keçirildiyi yeri tərk edib.

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu təhlükəsizlik konfransı ilə bağlı bəzi detallara toxunub. O bildirib ki, bu konfrans Azərbaycan üçün çox əhəmiyyətlidir: “Dövlətimizin müstəqilliyi daha çox Heydər Əliyevin adı ilə bağlıdır. Ancaq dövlətin xarakteri İlham Əliyevin siyasəti ilə əlaqəlidir. Çünki dövlətçiliyimizə bəzi vərdişlər, prinsiplər gətirilib. Bunlar çoxdur, ancaq ikisini qeyd edim. Biri Davos forumudur ki, ölkə prezidenti hər il orada iştirak edir, dünya iqtisadiyyatında baş verən dəyişikliklərə uyğun addımlar atır. Bunun nəticəsidir ki, Azərbaycan dünyada baş verən iqtisadi böhrandan çox tez çıxdı. İkinci daimi iştirak etdiyimiz tədbir isə Münhen Təhlükəsizlik Konfransıdır. Bu tədbirlərin əksəriyyətində prezident şəxsən iştirak edirdi. Bu il isə görünür seçki ilə əlaqədar qatıla bilmədi. Münhen konfransında da Azərbaycanın barmağı dünyanın təhlükəsizlik məsələlərinin üstündədir. Bunun da hesabına Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir. Biz bilirik ki, dünyada təhlükəsizliklə bağlı məsələlər necə inkişaf edir, təhdidlər haradan yaranır, bunun qabağını necə almaq olar. Sərkisyanın orada iştirakına gəlincə isə bununla bağlı 3 paralel aparım. Baxın, Ermənistan heç zaman bu kimi tədbirlərdə yüksək səviyyədə iştirak etməyib. Ola bilər ki, Sərkisyan indi ölkədaxili vəziyyətə görə orada iştirak edib. On ilə yaxın idi ki, Ermənistan Davos formunda iştirak etmirdi. Bu il isə ora Ermənistanın baş naziri qatıldı. İndi görünür ki, prezident də camaata göstərmək istəyir ki, mən də savadlıyam və bu cür tədbirlərə qatıla bilərəm. İkincisi, bu il məhz İlham Əliyev konfransda iştirak etmədiyi üçün Sərkisyan ora getdi. Qonaqların siyahısı əvvəlcədən bəlli olur və Sərkisyan da ora getməsi ilə bağlı son anda qərar verdi. Üçüncü paralel odur ki, 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra Sərkisyan Almaniyaya qaçdı. İndi də Sərkisyan ölkə prezidentimizin İrəvanı qaytarmaqla bağlı verdiyi bəyanatdan sonra dərhal Almaniyaya getdi. Gördünüz ki, onun bütün çıxışı da bu məsələ üzərində qurulub ki, əgər Avropa işə qarışmasa, İlham Əliyevin İrəvanı qaytarmaq bəyanatı ciddi fəsadlar yaradacaq”.

Politoloq hesab edir ki, Sərkisyanın Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlarda vurğu dəyişib: “Hətta Türkiyə ilə bağlı onun söylədiklərində də vurğu dəyişib. İlham Əliyevin İrəvanı qaytarması ilə bağlı bəyanatı Sərkisyanın ağlını tamamilə çaşdırıb. Ciddi şəkildə fikirlərində yumşalma hiss olunur. Əvvəllər olduğu kimi şərtlərlə çıxış etmədi. Bizim diplomatın ona verdiyi suala gəlincə isə arzu edərdim ki, bu sual daha qısa, lakonik olardı. Eləcə də istərdim ki, xarici işlər nazirimiz Dağlıq Qarabağ məsələsində hazırda Ermənistanın razılıq vermədiyi məsələlərlə bağlı sual verərdi. Sadə bir sual vermək olardı ki, Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları nə zaman görüşəcək? Yaxud niyə görə Dağlıq Qarabağ azərbaycanlılarının dədə-baba torpaqlarına getmək azadlığı məhdudlaşdırılıb, siz Avropadan danışırsız bu, Avropada sərbəst yerləşmə azadlığına zidd deyilmi? Bu iki sualla Sərkisyanı daha çətin vəziyyətə salmaq olardı. Bütün hallarda diplomatımızı salamlayıram. Sağ olsun ki, orada olub, sual verib”. (“Yeni Müsavat”)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208