Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Hollandiya antitürk düşmənçiliyi və qərəzli ermənipərəstliyin zirvəsində...


“Türkiyə bu iddialarla ona təzyiq etmək yolunu tutan ölkələrə qarşı daha sərt mövqe tutur, nəinki geriyə addım atır”

Samir Adıgözəlli: “Bir müddət sonra Hollandiya səhvini anlayaraq siyasətində korrektələr etməyə məcbur olacaq”



Dərc edilib: 20 fevral 2018 [12:57]
Baxış sayı: 11655

Türkiyədəki səfirini geri çağıraraq qardaş ölkə ilə diplomatik əlaqələrini donduran Hollandiya qondarma “erməni soyqırımı”nı rəsmən tanıyıb. Həmin ölkə parlamentinin alt qurumu hesab olunan Tveede Kamerdə qondarma “soyqırım”la bağlı qanun layihəsini qəbul edib.

Qəbul edilən qərarlardan birində “erməni soyqırımı”nın tanındığı, digərində isə Ermənistanda aprelin 24-də keçiriləcək “soyqırımı anım tədbiri”ndə Hollandiyanın nazir səviyyəsində təmsil olunacağı bildirilir. Qeyd edək ki, qondarma “soyqırım”ın tanınması məsələsini parlamentin gündəliyinə Xristian Birlik Partiyası çıxarıb. Bu məsələ 2004-cü ildə də eyni partiya tərəfindən gündəmə gətirilmişdi.

Hollandiyanın atdığı bu addımı necə dəyərləndirmək olar?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, hər il aprel ayı ərəfəsində biz belə əsassız qərarların qəbul edildiyinin şahidi oluruq: “Bilirsiniz ki, uzun illərdir dünyadakı erməni diasporu 24 aprel tarixini qondarma “soyqırım hadisələri”nin ildönümü kimi qeyd edir. Bu, bir növ, Türkiyəyə təzyiq vasitəsi halını almağa başlayıb. Əvvəllər də bunun kökündəki maraqların nədən ibarət olması bilinirdi. Lakin son vaxtlar bu açıq-aydın özünü büruzə verir. Dünyanın bir çox ölkələri, hətta mən deyərdim ki, daha böyük təsirə, gücə malik Fransa bununla bağlı xüsusi qanun belə qəbul etdi. Sonu nə oldu? Ən ali instansiya onu təsdiqləmədi. Onlar görürlər ki, Türkiyə dövlətinin bu saxta iddialarla bağlı bir mövqeyi var və bu cür cılız üsullarla onlara təzyiq etmək mümkün deyil. Türkiyə bu iddialarla ona təzyiq etmək yolunu tutan ölkələrə qarşı daha sərt mövqe tutur, nəinki geriyə addım atır. Türkiyənin Suriyada göstərdiyi fəallıq dünyanın aparıcı ölkələrini narahat edir. Ancaq bunun qarşısını ala bilmirlər. Ona görə də belə xırda “sürprizlərlə” guya onu məşğul etməyi düşünürlər. Hollandiya ilə Türkiyə arasındakı gərginlik bir müddət əvvəl yarandı. Həmin vaxt Türkiyənin rəsmi adamlarını Hollandiya ərazisinə buraxmadı. Bu hadisə diplomatik skandala səbəb oldu. Görünür, Hollandiya bu addımı atmaqla Türkiyə ilə yenidən konfrantasiya yaratmaqda maraqlıdır. Belə cəhdlər bir neçə ölkədə oldu. Bu günlərdə İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd edib. İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki, “soyqırım”a həsr edilmiş tədbirlərdə iştirak etmək üçün 2015-ci ildə İrəvana nümayəndə heyəti göndərilsə də, məsələnin son dərəcə siyasi xarakter daşıdığını və diplomatik fəsadlara gətirib çıxaracağını nəzərə alaraq, İsrail adıçəkilən məsələ ilə bağlı rəsmi mövqe tutmayacaq. Görürsünüz ki, bütün istiqamətlərdən hücum var. Ancaq Hollandiya daha sərt addım ataraq, həm qondarma “soyqırım”ı tanıyıb, həm də Ermənistanda keçiriləcək tədbirdə nazir səviyyəsində təmsil olunacağını bildirib. Hollandiyanın bu addımı heç bir diplomatik normalara və ədalətə söykənmir. Türkiyə həmin ölkə ilə daha da sərt siyasət yolunu tutmalıdır. Şübhə etmirəm ki, bu hal iki ölkə arasında bütün münasibətlərin kəsilməsinə səbəb olacaq. Nəticədə isə ziyan çəkən Hollandiya olacaq. Sizi əmin edirəm ki, bir müddət sonra Hollandiya səhvini anlayaraq, siyasətində korrektələr etməyə məcbur olacaq. Ondan qüdrətli ölkələr də bu yolu keçiblərsə, demək ki, Hollandiya da edəcək”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 165