Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Hökumətlə ATƏT-in seçki əməkdaşlığı baş tuta bilər”


“Azərbaycanda növbədənkənar prezident seçkilərinin yüksək səviyyədə demokratik keçiriləcəyi bu əməkdaşlığa zəmin yaradır”.

Dərc edilib: 20 fevral 2018 [14:54]
Baxış sayı: 11052

İnterpress.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Qərb institutlarının, xüsusilə ATƏT-in 11 aprel növbədənkənar prezident seçkiləri çərçivəsində Azərbaycan hökuməti ilə əməkdaşlıq imkanlarını dəyərləndirən politoloq Qabil Hüseynli deyib. Nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanda aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə yönəlik fəallığı artmaqdadır. Məlumata görə, bu çərçivədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycandakı seçkiqabağı vəziyyəti öyrənmək üçün öz qiymətləndirmə missiyasını Bakıya göndərəcək. Fevralın 21-22-də Bakıda olacaq ATƏT DTİHB-in missiyasının səfərin yekunlarına dair hesabatı iki həftə ərzində hazırlanacaq. Qeyd olunur ki, ATƏT təmsilçilərinin Bakıda aparacağı danışıqların nəticələrindən asılı olaraq, DTİHB seçki prosesini izləmək üçün Azərbaycana müşahidə missiyası da göndərə bilər.

Politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycan hökuməti ilə ATƏT arasında 11 aprel seçkilərinə yönəlik əməkdaşlığın baş tutmasında problem yoxdur:
“Hökumətlə ATƏT-in seçki əməkdaşlığı baş tuta bilər”


“ATƏT missiyasının Bakıya gözlənilən səfəri müsbt məqam kimi qiymətləndirilə bilər. Bu, onu göstərir ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri Qərbin diqqət və maraq dairəsindədir. Ona görə də hesab edirəm ki, Azərbaycan hökuməti ilə ATƏT-in müvafiq strukturu arasında seçki əməkdaşlığının baştutma ehtimalı yüksəkdir. Bu əməkdaşlıqla bağlı əsas məqamlar razılaşdırılarsa, o halda ATƏT-in müşahidə missiyası formalaşdırılaraq, Azərbaycana gəlməsində problem yaranmaz. Ümumiyyətlə, ölkədə mövcud olan vəziyyət beynəlxalq müşahidə missiyalarının Azərbaycana gəlişi üçün münbit zəmin yaranır. Etiraf edək ki, hazırda prezident İlham Əliyevin timsalında hakimiyyət namizədinin potensial rəqiblərindən müqayisəolunmaz dərəcədə öndədir. Belə bir vəziyyətdə seçkilərin beynəlxalq standartlar əsasında keçirilməsində və əcnəbilərin seçki prosesini izləmələrinə şərait yaradılmasında problem olmamalıdır. Zənnimcə, Azərbaycan rəsmiləri ilə ATƏT təmsilçilərinin bu istiqamətdə apacaqları müzakirələr müsbət nəticələnəcək”

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201