Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Sabir Rüstəmxanlı: “Qazaxıstanın latın qrafikasına keçməsi inqilabi hadisədir”


Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı deyir ki, türk dünyasının latın qrafikasına keçməsi zəruridir.


Dərc edilib: 25 fevral 2018 [17:03]
Baxış sayı: 10314

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın qrafikalı yeni əlifbanın təsdiqlənməsi barədə fərman imzalayıb. Yeni əlifba 32 hərfdən ibarətdir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Sputnik Azərbaycan-a deyir ki, Qazaxıstanın latın əlifbasına keçidi mübahisə doğurmayan məsələdir:

“Qazaxıstan latın qrafikasına keçsə də, yeni əlifbada da bəzi səslər fərqli işarələrlə yazılır. Bütün bunlara baxmayaraq, Qazaxıstanın latın qrafikasına keçməsi inqilabi hadisədir. Ümumiyyətlə türk dünyasının latın qrafikasına keçməsi zəruridir. Ancaq əlifbalarda bəzi səslərin fərqli işarələrlə göstərilməsi onu göstərir ki, kiril əlifbasından imtina bizim bir-birimizi sərbəst oxumağımıza gətirib çıxarmayacaq”.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 165