Estoniya Rusiyanı qəliz qonşu sayır, bəs Azərbaycan? – iki ekspert rəyibackend

Estoniya Rusiyanı qəliz qonşu sayır, bəs Azərbaycan? – iki ekspert rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axar.az xəbər verir ki, bu barədə o, ölkəsinin müstəqillik gününə həsr olunmuş nitqində qonşu Rusiya ilə münasibətlərindən danışarkən deyib.

“Bizim fərqli qonşularımız var. Demokratik qonşularla yanaşı, bir o qədər demokratik olmayanlar var. Bir də çətin qonşumuz var. O, ötən bir neçə on il ərzində bizi məyus etsə də, yenə də diqqətdən kənarda qalmır” – prezident bildirib. Qeyd edək ki, Estoniya prezidenti bir qədər əvvəl Rusiya ilə münasibətlərin yaxşı olmadığını bildirmişdi.

Məlumdur ki, Rusiyanın qonşuluğunda yerləşən və Kremlin təsir imkanları kifayət qədər yüksək olan dövlətlərdən biri də Azərbaycandır. Bu baxımdan Estoniya rəhbərinin dedikləri maraq doğurur. Şimal qonşumuzun ölkəmiz üçün də çətin bir qonşu olması, bu dövlətlə yaxınlaşmağın yaxud ondan məsafə saxlamağın riskli olub-olmaması ilə bağlı sual yaradır. Söhbət həm də Qarabağ münaqişəsində, torpaqlarımızın işğalında əsas rol oynamış, tarix boyu başımıza gələn bəlaların əksəriyyətində iştirakçı olmuş Rusiyadan gedir.

Estoniya Rusiyanı qəliz qonşu sayır, bəs Azərbaycan? – iki ekspert rəyi

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanı ölkəmiz üçün ciddi təhlükə mənbəyi hesab edir: “Bəli, Rusiya qəliz qonşudur. Rusiyanın keçmiş imperiya tarixi var. Qonşu ölkələri uzun illər əsarətində saxlayıb. Hazırda imperiya yoxdur, sadəcə, Rusiya Federasiyası mövcuddur. Ancaq Rusiyada imperiya xisləti yox olmayıb. Rusiyada siyasi mərkəzlər əvvəlki tək düşünürlər ki, qonşu ölkələr müstəqil siyasət apara bilməz, bütün hallarda Rusiyanın maraqlarını nəzərə almalıdır. Yəni SSRİ 27 il əvvəl dağılsa da, respublikalar müstəqilliklərini qazansa da, Rusiyadakı hakim dairələr bu reallığı həzm edə bilmirlər.

Rusiyanın bu ölkələrdə, o cümlədən, Azərbaycanda, Gürcüstanda, Moldovada və Ukraynada separatizmə verdiyi dəstək də bununla bağlıdır. Separatistlərə verdiyi açıq və gizli dəstək Rusiyanın bölgədə üstün roluna şərait yaradır. Rusiyanın qəliz qonşu olmasına baxmayaraq, Azərbaycan Gürcüstan, Ukrayna, Moldova və Baltik ölkələrindən fərqli olaraq Rusiya ilə açıq qarşıdurmaya gedə bilməz. Çünki Rusiyanın Cənubi Qafqazı qarışdırmaq üçün əlində güclü alətləri var. Azərbaycanda siyasi sabitliyin davamı üçün Rusiya ilə normal əlaqələrə davam etmək lazımdır. Bu, heç də o demək deyil ki, bütün məsələlərdə Rusiyanın yanında olmalıyıq. Məsələn, Azərbaycan birmənalı olaraq GUAM-dakı tərəfdaşları – Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir və hər biri ilə sıx əlaqələrə malikdir”.

Estoniya Rusiyanı qəliz qonşu sayır, bəs Azərbaycan? – iki ekspert rəyi

Politoloq Əhəd Məmmədli hesab edir ki, Azərbaycan Rusiyadan uzaqlaşmalıdır: “Azərbaycan müstəqilliyi, dövlətçiliyi üçün ən böyük təhlükə Rusiyadır. Bu ölkə ilə İran Azərbaycanın müstəqilliyini hələ də həzm edə bilmir. Estoniya prezidenti tam haqlıdır. Rusiya çox çətin qəliz və təhlükəli qonşudur. Əlbəttə Azərbaycan üçün də Rusiya ən təhlükəli qonşudur. Elə Rusiyaya görə Azərbaycanın 30 ilə yaxındır torpaqlarının bir hissəsi işğal altındadır. İşğalçı Ermənistanı mühafizə edən məhz Moskvadır. Azərbaycan Rusiya ilə həmişə məsafə saxlamalıdır. İmkan olduqca da bu ölkədən uzaqlaşmalıyıq. Rusiyadan hələ heç kim xeyir görməyib. Azərbaycan isə həmişə Rusiyadan ziyan görüb”.

İnterpress.az